Location: Bakı
“Nardaran İnvest” MMC “Smeta mühəndisi” vakansiyasını elan edir! Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək. Vəzifə öhdəlikləri: Layihə sənədlərinə uyğun olaraq ümumi tikinti işləri üzrə ilkin və tam inşaat smetalarının hazırlanmasını və vaxtında təhvil verilməsini təmin etmək; Əsaslı tikinti-quraşdırma və təmir işləri üzrə hazırlanmış və təsdiq edilmiş sənədləri və cədvəlləri təhlil etmək; Layihə üzrə büdcə risklərini təhlil etmək və nəticələr əsasında tikinti işlərinin smeta dəyərini hazırlamaq; Layihə, spesifikasiya və smeta sənədləri arasındakı uyğunsuzluqları müəyyən etmək; Layihədə dəyişikliklər baş verdikdə smeta sənədlərinə müvafiq düzəlişlər etmək; Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərini yoxlamaq və nəticələr üzrə arayışlar hazırlamaq; Tikinti-quraşdırma, təmir və digər işlərin qiymətləndirilməsi prosesində iştirak etmək; Yenidən qurulan və ya təmir olunan obyektlər üzrə titul vərəqələrinin hazırlanmasında iştirak etmək; Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırmaq və normativ tələblərə riayət olunmasına nəzarət etmək; Görülmüş tikinti-quraşdırma və təmir işləri üzrə müvafiq aktları hazırlamaq; Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin optimallaşdırılması və aşağı salınması istiqamətində tədbirlər görmək; Smeta sənədlərinin uçotunu aparmaq və smeta-maliyyə hesablamalarını sistemləşdirmək; Smeta qiymətləri üzrə arayışlar hazırlamaq; Tikinti layihələri üzrə yerinə yetirilmiş, mövcud və yarımçıq qalmış işlərin həcmlərini və materialları hesablamaq, müvafiq cədvəlləri hazırlamaq; Obyektlərdə və sahələrdə ölçü işlərini aparmaq; Smetaları bazar qiymətləri əsasında hesablamaq; Texniki hesabatları, o cümlədən Forma 2, Forma 3 və xərc analizlərini hazırlamaq; Sahələrdən daxil olan texniki hesabatları yoxlamaq. Namizədə dair tələblər: Mühəndislik, xüsusilə İnşaat mühəndisliyi üzrə ali təhsil; Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; Layihə-smeta işlərinin hazırlanması üçün normativ-hüquqi sənədlər haqqında bilik; Eskiz və ya layihə əsasında iş həcmlərinin çıxarılması, BoQ-un hazırlanması və qiymətləndirilməsi bacarığı; Titul vərəqələrinin, aşkar olunan nasazlıqlar cədvəlinin və digər texniki sənədlərin hazırlanması qaydalarını bilmək; İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək; MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı; 1C və AutoCAD proqramları ilə işləmək bacarığı; Azərbaycan dilini əla səviyyədə bilmək; İngilis və rus dillərini bilmək arzuolunandır; Analitik düşüncə tərzi; Dəqiqlik, operativlik və məsuliyyətlilik; Detallara diqqət və komandada işləmək bacarığı. Üstünlük veriləcək: İnşaat layihələri üzrə smeta hazırlanması sahəsində praktiki təcrübə; Podratçı təşkilatlarla smeta sənədlərinin razılaşdırılması üzrə təcrübə; Tikinti sahələrində ölçü işlərinin aparılması və faktiki iş həcmlərinin müəyyənləşdirilməsi təcrübəsi; Rus dilini bilmək; Böyük həcmli tikinti layihələri üzrə iş təcrübəsi. İş barədə məlumat: 5 günlük iş rejimi; İş saatları: həftə içi 09:00 – 18:00; Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Smeta mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.