Yüklənir...
Location: Bakı
Əsas vəzifə öhdəlikləri: Istehsalat üzrə hesabat mütəxəssisi birbaşa Beton prekast istehsalat məmulatları üzrə menecerinə tabedir Beton boru istehsalı üzrə istehsal planlarının hazırlanması və icrasının nəzarəti; İstehsal planı ilə faktiki istehsal göstəricilərinin müqayisəli təhlilinin aparılması; Texniki sənədlərin, layihə çertyojlarının və spesifikasiyaların hazırlanması və yoxlanılması; İstehsal prosesində istifadə olunan materialların , avadanlıqların hesablanması və optimallaşdırılması; İstehsal sahəsi və texniki ofis arasında koordinasiyanın təmin edilməsi; Keyfiyyətə nəzarət və keyfiyyətə zəmanət departamenti ilə əməkdaşlıq edərək məhsulların standartlara uyğunluğunun yoxlanılması; İstehsal göstəricilərinə dair gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması; Texniki problemlərin analizi və həlli, təkmilləşdirmə təkliflərinin hazırlanması; Rəhbərlik tərəfindən daxil olan bütün sorğuları icra etmək. Tələb olunan bilik və bacarıqlar: Tikinti materialları, xüsusilə beton və dəmir-beton məhsullarının istehsalı üzrə biliklər; İstehsalat proseslərini oxumaq və təhlil etmək bacarığı; AutoCAD və digər dizayn proqramlarında sərbəst işləmək; MS Office proqramları ilə hesabatların hazırlanması bacarığı; Güclü analitik düşüncə, problem həll etmə və təşkilatçılıq bacarığı; Komandada işləmə və sahə ilə ofis arasında koordinasiyanı təmin etmə bacarığı. Təhsil və təcrübə: Ali təhsil (mühəndislik ixtisasları üzrə – İnşaat, Mexanika və s.); Beton boru və ya oxşar istehsal sahəsində minimum 2–3 il iş təcrübəsi; İstehsalat sahəsində texniki sənədləşmə və keyfiyyət standartları üzrə biliklər. Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “İstehsalat üzrə hesabat mütəxəssisi” başlığı ilə göndərməklə edə bilərsiniz.