Location: Bakı
Təsvir Power BI, Tableau, Excel (advanced level) üzərindən interaktiv hesabat və dashboardların hazırlanması. Performans göstəricilərinin (KPI – vaxt, maliyyə, resurs) izlənilməsi; Tikinti layihələri üzrə məlumatların toplanması, emalı və bazalaşdırılması; Layihə qrafiklərinin (Primavera P6/MS Project) məlumat bazasından çıxarılması və vizual-analitik hesabatlara çevrilməsi; Həftəlik və aylıq hesabatlarda vizual analitika (dashboard, qrafik, cədvəl, trend analizi) təqdim etmək; Layihələrdə gecikmələrin, risklərin və resurs istifadəsinin statistik analizi və proqnozlaşdırılması; Analitik nəticələrin rəhbərliyə aydın, müqayisəli və qərar dəstək formatında təqdim edilməsi; Müasir BI alətləri üzərindən analitik hesabatlar hazırlamaq; Layihə üzrə plan və fakt göstəricilərini müqayisə etmək, fərqləri müəyyənləşdirmək; Earned Value Analysis (EVA) və digər monitorinq metodlarını hesabatlarda tətbiq etmək; Müxtəlif analitik modellər (risk analizi, proqnoz modelləri) hazırlamaq; Şirkət daxili işçi resurs planlaması fəaliyyətlərini icra etmək; İşçi resurs planlaması üzrə dashboardların hazırlanması; İşçi resurs planlaması üzrə forecast (proqnoz) və variance (plan-fakt fərqləri) analitik hesabatlarının təqdim olunması. Tələblər Ali təhsil: Mühəndislik və ya müvafiq ixtisası üzrə ali təhsil; Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – yaxşı; Kompüter bacarıqları: Excel, Power BI, Tableu; Məsuliyyətli, intizamlı olmaq. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.