Location: Bakı
Vəzifə təsviri: Deploy proseslərinin, staging/production paritetinin, məlumatların idarə olunmasının, monitorinqin, mobil paylama dəstəyinin və API/servis host sabitliyinin təmin edilməsi. Öhdəliklər: Node.js əsaslı SPA + Express backend-in production mühitində qurulması və dəstəklənməsi PostgreSQL backup, miqrasiya idarəetməsi, connection konfiqurasiyası Secrets və environment dəyişənlərinin idarə olunması, server hardening Python əsaslı AI xidmətlərinin (venv, dependency idarəetməsi, API açarları) deploy edilməsi Mobil tətbiqlərin paylama kanallarının (Android daxili kanal, iOS TestFlight/enterprise) qurulmasında Mobile komandası ilə əməkdaşlıq CI qurulması (typecheck, test, build), reverse proxy, SSL, log idarəetməsi Observability: xəta logları, sinxronizasiya uğursuzluğu üzrə xəbərdarlıqlar, disk/yaddaş monitorinqi Lokal mühitdən production-a keçid proseslərinin standartlaşdırılmasıı. Tələblər: 3+ il Linux production əməliyyatları təcrübəsi Node.js tətbiqinin deploy edilməsi, PostgreSQL, secrets idarəetməsi üzrə təcrübə CI əsasları üzrə bilik Üstünlük təşkil edən keyfiyyətlər: CI/CD təcrübəsi Object storage, geoprocessing/PostGIS host təcrübəsi On-premise/hibrid infrastruktur təcrübəsi Dil bilikləri: Komanda daxilində effektiv ünsiyyət üçün Azərbaycan dili biliyi; Texniki sənədləşmə və kodlaşdırma işlərinin aparılması üçün ingilis dili biliyi; Rus dili biliyi üstünlük hesab olunur. Əlavə Məlumat: Servis şirkət tərəfindən təmin olunur. İş saatları: həftənin 5 günü, 08:00–17:00. Tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-lərini “Senior DevOps Engineer” başlıqı ilə göndərsin.