Yüklənir...
Location: Bakı
Proshine MMC komandasına qoşulmaq üçün məsuliyyətli və öyrənməyə həvəsli Maliyyə köməkçisi axtarır! Əsas vəzifə öhdəlikləri: Elektron qaimə-fakturaların hazırlanması və göndərilməsi; Rəsmi anbar uçotunun izlənilməsi və nəzarətdə saxlanılması; Sistem üzərindən elektron qaimələrin izlənilməsi və yoxlanılması; Maliyyə və mühasibatlıq üzrə gündəlik əməliyyatlara dəstək göstərilməsi. Namizədə tələblər: Məsuliyyətli, diqqətli və dəqiq olmaq; Kollektivlə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı; Öyrənməyə və peşəkar inkişafa həvəsli olmaq; Maliyyə və ya mühasibatlıq sahəsində ilkin biliklərin olması üstünlükdür; Müvafiq sahədə praktiki təcrübə arzuolunandır. İş prosesi və vəzifə öhdəlikləri üzrə təlim keçirilir. Təcrübəsi az olan, lakin öyrənməyə həvəsli namizədlər də müraciət edə bilərlər. İş şəraiti: Əməkhaqqı: 550–600 AZN İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00 İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti, Qafqaz Biznes Mərkəzi Maraqlanan namizədlərdən CV-lərini PDF formatında, mövzu hissəsində “Maliyyə köməkçisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.