Satış Meneceri - Rewire Model Group

Location: Bakı

Rewire Model Group (RMG) komandamıza qoşulmaq üçün korporativ satış sahəsində təcrübəli və nəticəyönümlü Satış Meneceri axtarırıq. Vəzifə öhdəlikləri Şirkətin biznes konsaltinq, rəqəmsallaşma və İT həllərinin (ERP, CRM, biznes proseslərinin avtomatlaşdırılması, süni intellekt və digər rəqəmsal həllər) korporativ müştərilərə satışını həyata keçirmək Yeni korporativ müştəriləri müəyyən etmək, potensial müştərilərlə əlaqələr qurmaq və yeni satış imkanları yaratmaq Mövcud müştəri portfelini idarə etmək və uzunmüddətli əməkdaşlıqları inkişaf etdirmək Müştərilərlə görüşlər keçirmək, onların biznes ehtiyaclarını və mövcud proseslərini təhlil etmək, uyğun həllər təqdim etmək Şirkətin həll və xidmətlərinin təqdimatlarını keçirmək Kommersiya təklifləri hazırlamaq, danışıqlar aparmaq və müqavilələrin bağlanmasını təmin etmək Satış prosesini ilkin əlaqədən müqavilənin bağlanmasına qədər idarə etmək Satış planlarının və müəyyən edilmiş hədəflərin yerinə yetirilməsini təmin etmək Satış nəticələrini və potensial satış imkanlarını mütəmadi olaraq izləmək və təhlil etmək Bazar tendensiyalarını, müştəri ehtiyaclarını və rəqiblərin fəaliyyətini izləyərək satış strategiyasının inkişafına töhfə vermək Tələblər Ali təhsil (Biznesin İdarə Edilməsi, Marketinq, İqtisadiyyat, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür) Minimum 5 il satış sahəsində iş təcrübəsi B2B və korporativ satış sahəsində təcrübə İT xidmətləri, proqram təminatı, biznes konsaltinq və ya texnoloji həllərin satışı üzrə təcrübə üstünlükdür ERP, CRM, biznes proseslərinin avtomatlaşdırılması və süni intellekt həlləri haqqında ümumi anlayış üstünlük hesab olunur Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı Müştəri ehtiyaclarını müəyyən etmək və uyğun həllər təklif etmək bacarığı Nəticəyönümlü və təşəbbüskar yanaşma Analitik düşünmə və problem həll etmə bacarığı Müstəqil və komanda daxilində effektiv işləmək bacarığı İş şəraiti Rəsmi əmək müqaviləsi Yanacaq və mobil telefon xərclərinin şirkət tərəfindən qarşılanması Satış nəticələrinə əsaslanan motivasiya və bonus sistemi Peşəkar inkişaf və karyera yüksəlişi imkanları Müasir və dinamik iş mühiti Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.