Location: Bakı
Logistika şirkətinə mühasib axtarılır! Dinamik və peşəkar komandamıza qoşulacaq, məsuliyyətli, diqqətli və işinə ciddi yanaşan Mühasib axtarırıq. Əsas vəzifə və öhdəliklər: Şirkətin gündəlik mühasibat uçotunun aparılması; Bank, kassa və POS-terminal əməliyyatlarının həyata keçirilməsi və uçotu; E-qaimə, hesab-faktura və digər ilkin mühasibat sənədlərinin hazırlanması və yoxlanılması; Əməkhaqqı, məzuniyyət və ezamiyyə hesablamalarının aparılması; Gəlir və xərclərin gündəlik uçotunun aparılması; Yanacaq, nəqliyyat və logistika xərclərinin uçotunun aparılması; Sürücülər, təchizatçılar və digər tərəfdaşlarla qarşılıqlı hesablaşmaların aparılması; Debitor və kreditor borcların izlənilməsi; Vergi və əmək qanunvericiliyinə uyğun mühasibat əməliyyatlarının aparılması; Gömrük sənədləri və idxal-ixrac əməliyyatları üzrə ilkin mühasibat uçotunun aparılması; Rəhbərliyə tələb olunan maliyyə hesabatlarının hazırlanması; Mühasibat sənədlərinin düzgün və vaxtında arxivləşdirilməsi. Namizədə tələblər: Ali və ya orta ixtisas maliyyə/mühasibat təhsili; Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi ; Vergi və əmək qanunvericiliyi üzrə biliklər; E-qaimə, hesab-faktura, bank və kassa əməliyyatları üzrə praktiki təcrübə; Əməkhaqqı, məzuniyyət və ezamiyyə hesablamalarını bilməsi; 1C və Microsoft Excel proqramlarında işləmək bacarığı; Logistika və nəqliyyat sahəsində mühasibat uçotu üzrə təcrübə üstünlükdür; Gömrük və idxal-ixrac əməliyyatları üzrə ilkin biliklər; Analitik düşünmə qabiliyyəti; Məsuliyyətli, diqqətli, dəqiq və dürüst olmaq; Komandada işləmək bacarığı. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər: Qeyd: E-mailin mövzu hissəsində “Mühasib” qeyd etməyiniz xahiş olunur.