Location: Bakı
Vəzifə öhdəlikləri Mexaniki texniki xidmət və təmir fəaliyyətlərinin planlaşdırılması və icrasını təmin etmək; Zavod və istehsalat avadanlıqlarının etibarlı, təhlükəsiz və səmərəli istismarını təmin etmək; Avadanlıqlar üçün profilaktik və proqnozlaşdırıcı texniki xidmət proqramlarının hazırlanması və icrasında iştirak etmək; Təmir, əsaslı təmir, avadanlıq yenilənməsi və modernizasiya işlərini koordinasiya etmək; Mexaniki avadanlıqların texniki vəziyyətini, performansını və texniki xidmət KPI-larını izləmək və təhlil etmək; Avadanlıqlarda baş verən nasazlıqları araşdırmaq, kök səbəb analizini (Root Cause Failure Analysis) aparmaq və düzəldici tədbirlərin həyata keçirilməsini təmin etmək; Texniki xidmət planlarının və iş qrafiklərinin hazırlanmasını təmin etmək; Ehtiyat hissələri və materiallara olan tələbatı müəyyənləşdirmək və onların səmərəli idarə olunmasını təmin etmək; Texniki xidmət büdcəsinin hazırlanmasına və xərclərə nəzarətə dəstək olmaq; Mühəndislik çertyojlarını, texniki spesifikasiyaları və avadanlıq təlimatlarını oxumaq və şərh etmək; Mexaniki avadanlıqlar və texniki xidmət fəaliyyətləri üzrə texniki hesabatlar hazırlamaq; Texniki xidmət və təmir işlərinin əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit standartlarına uyğun həyata keçirilməsini təmin etmək; Tələblər Mexanika mühəndisliyi və ya əlaqəli texniki ixtisas üzrə bakalavr dərəcəsi; Mexanika mühəndisliyi, texniki xidmət və ya avadanlıqların etibarlılığı sahəsində minimum 7 il iş təcrübəsi; Sənaye avadanlıqlarının texniki xidməti, təmiri və istismarı üzrə geniş təcrübə; Mexaniki sistemlər, fırlanan avadanlıqlar, nasoslar, kompressorlar, reduktorlar, konveyerlər, hidravlik və pnevmatik sistemlər üzrə güclü texniki biliklər; Profilaktik və proqnozlaşdırıcı texniki xidmət prinsipləri üzrə biliklər; Nasazlıqların araşdırılması, problemlərin həlli və kök səbəb analizinin aparılması bacarığı; Texniki xidmətin planlaşdırılması və iş qrafiklərinin hazırlanması üzrə təcrübə; Mühəndislik çertyojlarını və texniki sənədləri oxuma və şərh etmə bacarığı; Texniki hesabatların hazırlanması və sənədləşdirmə bacarığı; Microsoft Office proqramları ilə yaxşı istifadə bacarığı; ERP sistemləri ilə işləmə bacarığı; Namizədlərin yaxın bölgələrdən olması arzuolunandır; İngilis dili biliyi arzuolunandır. İş şəraiti və şərtləri İş yeri: Gədəbəy, Azərbaycan İş qrafiki: Növbəli iş qrafiki Yaşayış yeri: Şirkət tərəfindən təmin edilir Tibbi sığorta Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.