Satış meneceri - Assist Group

Location: Bakı

Assist Group komandamıza *Tibbi sahədə ən azı 5 il iş təcrübəsi olan, ali təhsilli xanım Satış meneceri  axtarır. Vəzifə öhdəlikləri Əsas öhdəliklərə klinikalar, həkimlər və korporativ müştərilərlə əlaqələrin qurulması, şirkətin xidmətlərinin təqdim edilməsi, işgüzar görüşlərin təşkili və satış danışıqlarının aparılması daxildir. Satış meneceri yeni müştərilər cəlb etməli, kommersiya təklifləri hazırlamalı, müraciətləri izləməli və satış nəticələri üzrə rəhbərliyə hesabat təqdim etməlidir. Tələblər Namizəddən satış taktikaları və sosial şəbəkələrdən müştəri cəlbi üzrə biliklər, sürücülük vəsiqəsi, güclü ünsiyyət və təqdimat bacarığı tələb olunur. Tibbi xidmət bazarını tanıyan, məsuliyyətli, təşəbbüskar və satış hədəflərinə çatmaq üçün sistemli işləyən namizədlərə üstünlük verilir. Müraciət: CV-nizi WhatsApp vasitəsilə 050 400 07 88  nömrəsinə “Satış meneceri” qeydi ilə göndərin.