SƏTƏM üzrə mütəxəssis - Avromed Company MMC

Location: Bakı

Vəzifə və məsuliyyətlər: Texniki Təhlükəsizlik, Sağlamlıq və Əməyin Mühafizəsi üzrə Azərbaycan Respublikasının Qanunvericiliyini, həmçinin aidiyyəti üzrə İnzibati Xətalar Məcəlləsini bilməlidir. Cavabdeh olduğu sahə üzrə (iş yerlərində) işçilərin texniki və fiziki təhlükəsizliyini qorumaq üçün tələb olunan müvafiq prosedurları və təcrübələri müəyyənləşdirməkdə, icra edilməsində sahədəki işçilərə dəstək olur  aidiyyəti üzrə baş ofisdə, mərkəzi anbarda, regional satış mərkəzlərindəki idarəçilərə, rəhbərlərə (həmçinin regional satış şöbələrinin rəhbərlərinə, anbar və ofisdə fəaliyyət göstərən işçilərə, satış nöqtələrindəki işçilərə) şöbə müdirinin tapşırığına əsasən SƏTƏM üzrə tədbirlərin icra edilməsində dəstək olur; SƏTƏM şöbəsi üzrə bütün inzibati, və uçot sənədlərinin hazırlanmasını, həmçinin müvafiq plan və prosedurların tərtib edilməsini həyata keçirir; Əməyin təhlükəsizliyi, sağlamlıq və təhlükəsizlik üzrə bütün qüvvədə olan müvafiq tələblərə riayət edilməsi baxımından maarifləndirmə aparmaqla təhlükəsiz iş mühitinin yaradılması istiqamətində işçiləri və podratçıların təlimatlandırılması üçün müvafiq göstərişlərin yerinə yetirilməsində iştirak edir; Qanunları və qaydaları izah edir və onlara riayət olunması üçün aidiyyəti üzrə yerlərdə rəhbərlərə (idarəçilərə) öz sahəsi üzrə icra edilməsində kömək edir; Prosedurların davamlı təkmilləşdirilməsi üçün statistik təhlillərdən, sorğu nəticələrindən istifadə edir, bu yöndə işçilərlə müvafiq sorğuların aparılmasını (həmçinin sifahi və anonim sorğuların) icra edir; iş yerlərində yoxlamaları, təftişləri, əməyin təhlükəsizliyi və mühafizə baxımından aparılan digər rəsmi yoxlamaları nəzarətdə saxlayır və aidiyyəti üzrə rəhbərlərə məruzə edir; Sahənin Fövqəladə Hallara Qarşı Tədbirlər Planını koordinasiya edir, sahənin Fövqəladə hallara qarşı cavab tədbirləri üzrə koordinatoru qismində çıxış edir və fövqəladə hallar/qəzalar üzrə cavab tədbiri görən yerli qurumlar və tərəflər ilə qarşılıqlı əlaqəyə dəstək verir; Sahənin təhlükəsizlik tələblərini koordinasiya edir;İşçiləri cəlb edə biləcək şəkildə təlim proqramları keçirmək bacarığına malik olur və periodik olarak əməyin təhlükəsizliyi, yanğın təhlükəsizliyi və təxliyyə mövzularında praktiki və ya təlimat xarakterli dərslərin  keçirilməsində iştirak edir (vaxt məhdudiyyəti yarandıqda bu fəaliyyəti regionlarda rəhbərlər tərəfində icra edilməsi üçün təlimatlar verir); SƏTƏM şöbəsinin rəhbəri olmadıqda onun vəzifələrini icra edir;İş yerlərində işçiləri əsas təhlükəsizlik texnikası standartları barədə təlimatlandırılması üçün aidiyyəti üzrə yerli idarəçilərə (sahə rəhbərlərinə) müvafiq tövsiyələr verir;İş yerlərində təhlükəsizlik qaydalarına riayət etməklə, sağlam iş şəraitinin yaradılması üçün aidiyyəti üzrə vəzifəli şəxslərə dəstək olur;Vaxtaşırı olaraq tabeçilik üzrə rəhbərlərlə əlaqə saxlayaraq məsələlərin və proseslərin uyğunlaşdırılmasını müzakirə edir;  Şöbə rəhbərinin öz sahəsi üzrə digər tapşırıqlarını icra edir; Tələb olunduqda əlavə maarifləndirici təlimdə iştirak edir; SƏTƏM üzrə fərdi və kollektiv mühafizə vasitələrinin uçotunu aparır, və onların tədarük və yenilənməsi prosesini nəzarətdə saxlayır; Tələblər Təhsil: Ali bakalavr Müvafiq sahə üzrə azı 1 il iş təcrübəsi Dil bilikləri: Rus dili – mükəmməl, İngilis dili– üstünlükdür;  MS Office proqramları ilə işləmə bacarığı; Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;  Komandada işləmə, stressə dayanıqlı və  problem həll etmə bacarığına malik olan. Təkliflər Özəl tibbi sığorta; Karyera yüksəlişi;  Müvafiq sahədə peşəkar inkişaf. İş yeri : Sumqayıt  Maraqlananlar CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “ SƏTƏM üzrə mütəxəssis ” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.