Location: Bakı
“Azera Holdinq”in tərkibində fəaliyyət göstərən “Baku Medical Plaza” QSC Aparıcı mühasib vəzifəsinə vakansiya elan edir. Əsas vəzifələr: Mühasibat uçotunun bütün əsas istiqamətlərinin düzgün və tam aparılmasını təmin etmək Mühasib iş planının, ilkin uçot sənədlərinin formalarının hazırlanması və tətbiqində, daxili mühasibat hesabatı sənədlərinin formalarının işlənib hazırlanmasında iştirak edir. Əməkhaqqı, məzuniyyət və digər ödənişlərin düzgün hesablanmasına nəzarət etmək Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat- maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu aparır İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edir Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsində iştirak edir, operativ məlumatları təqdim edir, mühasibat (maliyyə) hesabatlarını müəyyən edilmiş müddətlərdə tərtib edir. Ştat, maliyyə və xəzinə intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsinin qanuniliyi, mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparır. Tələblər: Ali təhsil,Maliyyə,mühasibatlıq,menecment,vergi uçotu və s ixtisaslar PMS sertifikatının olması üstünlükdür İş təcrübəsi 3 il Azərbaycan dili əla,rus dili üstünlükdür Kompyuter proqramları biliyi: Exel, outlook, 1c 8.3 Dürüst,etibarlı,məsuliyyətli Biz təklif edirik Əmək müqaviləsinin müddəti: 1 il ; Əmək haqqı: 1200 AZN (Nett) İş yeri: Sumqayıt şəhəri,Bulvar küç 143 Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “BMP Sumqayıt Aparıcı Mühasib” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.