Yüklənir...
Location: Bakı
Müəssisə: Balıqlı Göl Ailəvi İstirahət Mərkəzi Vəzifəyə tələblər: Tikinti, təmir, abadlıq və ya təsərrüfat sahəsində iş təcrübəsi. Yaşıllaşdırma və əraziyə qulluq işləri barədə praktiki anlayış. Ərazi işçilərinin idarə edilməsi və iş bölgüsünün aparılması üzrə bacarıq. Cari tikinti və təmir işlərinin gedişatını və keyfiyyətini qiymətləndirə bilmək. Ağac, kol, qazon və dekorativ bitkilərə qulluq prinsipləri barədə ümumi biliklər. Suvarma sistemləri və yaşıllıqların suvarılması ilə bağlı anlayış. Təsərrüfat inventarları, əl alətləri və müxtəlif avadanlıqlardan istifadə barədə anlayış. Komanda idarəetmə və koordinasiya bacarığı. Məsuliyyətli, intizamlı və operativ olmaq. Problemləri vaxtında müəyyən etmək və operativ həll etmək bacarığı. Qonaqlarla işləyən istirahət mərkəzində xidmət və davranış qaydalarına riayət etmək. Vəzifə öhdəlikləri: İstirahət mərkəzinin ərazisində çalışan işçilərin gündəlik fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və onların fəaliyyətinə nəzarət etmək. Ərazi üzrə görüləcək işlərin gündəlik və həftəlik planını hazırlamaq və icrasını təmin etmək. Ərazinin təmizliyi, səliqəsi, abadlığı və ümumi vəziyyətinə gündəlik nəzarət etmək. Yaşıllıq sahələrinin, ağacların, kolların, gül sahələrinin və digər dekorativ bitkilərin qulluq və baxım işlərinin təşkilinə nəzarət etmək. Ağac və kolların budanması, əkin, köçürülmə, suvarma, gübrələmə və digər yaşıllaşdırma işlərinin düzgün aparılmasına nəzarət etmək. Qazon və digər yaşıllıq sahələrinin mütəmadi biçilməsi və baxımının təşkilini təmin etmək. Suvarma sistemlərinin işlək vəziyyətdə saxlanılmasına, yaranmış nasazlıqların vaxtında müəyyən edilərək aradan qaldırılmasına nəzarət etmək. Ərazidə aparılan cari təmir və tikinti işlərinin gedişinə nəzarət etmək. Bina, qurğu, yol, bordür, hasar, dam örtüyü, fasad, döşəmə və digər ərazi elementləri üzrə təmir ehtiyaclarını müəyyən etmək və rəhbərliyə məlumat vermək. Təmir və tikinti işlərinin müəyyən edilmiş keyfiyyət və texniki tələblərə uyğun aparılmasına nəzarət etmək. Podratçı və xidmət göstərən şirkətlərin ərazidə həyata keçirdiyi işlərin icrasını nəzarətdə saxlamaq. İşlərin vaxtında və keyfiyyətlə tamamlanması üçün aidiyyəti şəxslərlə koordinasiyanı təmin etmək. Ərazidə istifadə olunan alət, avadanlıq və texniki vasitələrin düzgün istifadəsinə və qorunmasına nəzarət etmək. Ərazi işçilərinin işə davamiyyəti, intizamı, iş geyimi və əmək qaydalarına riayət etməsinə nəzarət etmək. İşçilərin bacarıq və imkanlarına uyğun olaraq tapşırıqları bölüşdürmək və görülən işlərin nəticələrini yoxlamaq. İşçilərin əməyin mühafizəsi, təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına riayət etməsini təmin etmək. Ərazidə mövcud olan problemləri operativ şəkildə müəyyən etmək və aradan qaldırılması üçün tədbirlər görmək. İstirahət mərkəzinin qonaqları üçün təhlükə yarada biləcək ərazi, tikinti, təmir və ya yaşıllıqla bağlı riskləri vaxtında müəyyən etmək və rəhbərliyə məlumat vermək. Ərazidə işlərin aparılması zamanı qonaqların təhlükəsizliyinin və rahatlığının təmin edilməsinə diqqət yetirmək. İstifadəyə yararsız, zədələnmiş və ya təmirə ehtiyacı olan ərazi elementlərini müəyyən etmək və onların bərpası ilə bağlı təkliflər vermək. Yaşıllıq və təsərrüfat işləri üçün tələb olunan material, inventar, alət və digər vasitələrə olan ehtiyacı müəyyən etmək. Ərazidə aparılan işlərlə bağlı gündəlik görülən işlər barədə məlumat və hesabatların hazırlanmasını təmin etmək. Rəhbərliyin tapşırığı əsasında ərazinin abadlaşdırılması və inkişafı ilə bağlı layihə və təkliflərin hazırlanmasında iştirak etmək. İstirahət mərkəzinin ərazisinin mövcud standartlara uyğun saxlanılması və daim təkmilləşdirilməsi üçün təkliflər vermək. Vəzifəsi ilə bağlı rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək. İş vaxtının norması: Növbəli iş rejimi. Həftəlik istirahət günü. Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: Əmək haqqı: Razılaşma yolu ilə. Nahar şirkət tərəfindən təmin edilir. Ünvan: Bakı şəhəri. Balıqlı Göl Ailəvi İstirahət Mərkəzi, Qala yolu. Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Ərazi içilərinə nəzarətçi” qeyd etməyiniz xahiş olunur.