Yüklənir...
Location: Bakı
AZPROTECH neft-qaz, enerji və digər sənaye sahələri üçün avadanlıq və texniki məhsulların təchizatı üzrə fəaliyyət göstərən şirkətdir. Əsas vəzifələr: Ofisin gündəlik fəaliyyətinin təşkili; Daxil olan zənglərin və yazışmaların idarə edilməsi; Sənədlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi; Rəhbərliyin inzibati tapşırıqlarının icrası; Görüşlərin və işgüzar ünsiyyətin koordinasiyası; Qonaqların qarşılanması, çay, kofe və digər içkilərin təqdim edilməsi; Ofisdə səliqə və nizam-intizamın qorunmasına nəzarət; Ofis ləvazimatları və gündəlik ehtiyacların vaxtında təmin edilməsi. Namizədə tələblər: Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək; Ali təhsil; MS Office proqramlarında sərbəst işləmək; İşgüzar yazışma və ünsiyyət bacarığı; Gülərüz, nəzakətli və səliqəli xarici görünüş; Məsuliyyətlilik, dəqiqlik və operativlik; Müvafiq sahədə iş təcrübəsi üstünlükdür. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ofis meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.