Metal Konstruksiya üzrə Formen - Caspensol MMC

Location: Bakı

İş şəraiti İş yeri: Ağdam Əmək haqqı: 2200 AZN Layihənin müddəti: Minimum 1 ay, layihə uzun müddət davam edə bilər. Şirkət tərəfindən təmin olunur: Yaşayış yeri şirkət tərəfindən təmin edilir. Gündə 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanır. Vəzifə öhdəlikləri: Metal konstruksiya işlərinin gündəlik təşkilini və idarə olunmasını təmin etmək; İşçilər arasında iş bölgüsünü aparmaq və iş prosesinə nəzarət etmək; Metal konstruksiyaların quraşdırılması və montaj işlərinin layihəyə uyğun icrasına nəzarət etmək; İşlərin keyfiyyətini və texniki təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək; İş qrafikinə və layihənin icra müddətinə nəzarət etmək; Material və avadanlıqlardan düzgün istifadə olunmasına nəzarət etmək; Gündəlik görülən işlər barədə rəhbərliyə məlumat vermək. Namizədə tələblər: Metal konstruksiya sahəsində iş təcrübəsi; Formen vəzifəsində idarəçilik təcrübəsi; İşçilərlə düzgün ünsiyyət və komanda idarəetmə bacarığı; Məsuliyyətli və intizamlı olmaq; İş prosesini müstəqil təşkil etmək bacarığı. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu bölməsində “Formen – Ağdam” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.