Yüklənir...
Location: Bakı
Core Construction komandamıza tikinti layihələri üzrə xərclərin, büdcələrin və hesabatların effektiv idarə olunmasını təmin edəcək Xərclərə Nəzarət üzrə Mütəxəssis (Cost Control Specialist) axtarırıq. Əsas vəzifələr: Tikinti layihələri üzrə xərclərin planlaşdırılması və nəzarətdə saxlanılması; Layihə büdcələrinin hazırlanması və icrasının izlənilməsi; Faktiki xərclərin büdcə və plan göstəriciləri ilə müqayisə edilməsi; Excel proqramında xərclər üzrə cədvəllərin, hesabatların və analitik faylların hazırlanması və yenilənməsi; Xərclər üzrə aylıq və dövri hesabatların hazırlanması; Material, əmək, avadanlıq və digər layihə xərclərinin təhlili; Xərclər üzrə kənarlaşmaların müəyyən edilməsi və səbəblərinin araşdırılması; Müqavilə və satınalma məlumatlarının xərclərlə uyğunluğunun yoxlanılması; Layihə rəhbərliyi və digər aidiyyəti şöbələrlə koordinasiyalı fəaliyyət; Xərclərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması; Word və Excel proqramlarında sənədlərin, cədvəllərin və hesabatların peşəkar şəkildə hazırlanması. Namizədə tələblər: Ali təhsil (maliyyə, iqtisadiyyat, mühasibatlıq, mühəndislik və ya əlaqəli sahə); Tikinti sektorunda Cost Control / Project Control sahəsində iş təcrübəsi üstünlükdür; MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı – əsas tələbdir; Excel-də formulalar, funksiyalar, cədvəllər, məlumatların çeşidlənməsi və təhlili üzrə praktiki biliklər; MS Word proqramında peşəkar səviyyədə işləmə bacarığı; Hesabat və cədvəllərlə işləmə bacarığı; Maliyyə və büdcə göstəricilərinin təhlili üzrə biliklər; Analitik düşünmə və detallara diqqət; Məsuliyyətli və sistemli iş prinsipi; Komandada işləmək və müxtəlif şöbələrlə effektiv kommunikasiya bacarığı. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .