Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri Fitnes zalı, soyunub-geyinmə otaqları, sanitar qovşaqlar və ümumi istifadə sahələrinin təmizliyini təmin etmək; Döşəmələri, səthləri və təmas nöqtələrini müəyyən edilmiş qrafik üzrə təmizləmək və dezinfeksiya etmək; Gigiyena vasitələrinin mövcudluğuna nəzarət etmək və ehtiyatları yeniləmək; Tullantıları müəyyən olunmuş qaydada toplamaq və müvafiq yerə daşımaq; Təmizlik vasitələrindən təlimata uyğun və təhlükəsiz istifadə etmək; Aşkar edilmiş nasazlıqlar, sürüşmə və digər təhlükələr barədə məsul şəxsə məlumat vermək. Namizədə tələblər Təmizlik sahəsində iş təcrübəsi üstünlükdür; Gigiyena, dezinfeksiya və əməyin mühafizəsi qaydalarına riayət etmək bacarığı; Diqqətlilik, səliqəlilik və məsuliyyətlilik; Fiziki işin tələblərinə uyğun və komanda ilə işləmək bacarığı; Azərbaycan dili biliyi. Biz təklif edirik Peşəkar və dinamik iş mühiti; İnkişaf və təlim imkanları; Stabil və uzunmüddətli əməkdaşlıq. İş yeri: Aqua Wellness Club, Bakı, 28 May, Rəşid Behbudov küçəsi 55. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.