Yüklənir...
Location: Bakı
Təsvir Brendin hədəf auditoriyasına uyğun mikro, makro və mega influencerlərin araşdırılması və siyahıya alınması; Sosial media platformalarında (Instagram, TikTok, YouTube və s.) trendlərin izlənməsi və yeni simaların müəyyənləşdirilməsi; Influencerlərlə ilkin əlaqənin qurulması, əməkdaşlıq şərtlərinin təqdim olunması və razılaşdırılması; Davamlı və peşəkar münasibətlərin qurulması, uzunmüddətli əməkdaşlıqların təşviqi; Influencerlərin paylaşdığı məzmunların brendin imicinə və mesajına uyğunluğunun yoxlanılması; Əlaqədar qaydaların və reklam etikası prinsiplərinin qorunmasına nəzarət edilməsi; Brend kampaniyalarına uyğun olaraq influencerlərlə strategiyanın hazırlanması; Məzmun planının hazırlanması və təsdiqi (vizual və tekst); Kampaniyanın icrasına nəzarət edilməsi və keyfiyyətə zəmanət verilməsi; Kampaniya sonrası statistik məlumatların toplanması (reach, engagement, view, klik sayı, satışa təsir və s.); Effektivlik analizləri və ROI hesabatlarının hazırlanması; Büdcənin planlaşdırılması və idarə edilməsi; Influencer əməkdaşlıqları üçün ayrılmış büdcənin səmərəli idarə olunması; Ödəniş müqavilələrinin hazırlanması və icrasına nəzarət edilməsi; Daxili marketinq komandası, kreativ komanda və ya müştəri ilə koordinasiyalı şəkildə işləməsi. Tələblər Ali təhsil (Marketinq, PR, Jurnalistika, Biznesin idarə olunması və ya əlaqəli sahələr üzrə); Influencer marketinq sahəsində 1–3 il iş təcrübəsi ; Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı, ingilis və rus dili biliyi arzuolunandır; Instagram, TikTok, YouTube və digər sosial media platformaları, onların alqoritmləri və trendləri üzrə yaxşı bilik; Influencerlərin araşdırılması, seçilməsi və müxtəlif influencerlərlə paralel işləmə bacarığı; Influencerlərlə və brendlərlə etik, peşəkar ünsiyyət və danışıqlar aparmaq bacarığı; Kontent planlaşdırma, sosial media strategiyası və brend tonuna uyğun ssenari hazırlama üzrə baza biliklər; Influencer kontentinin çəkiliş prosesinin koordinasiyası və nəzarəti; Brif və e-mail hazırlamaq, yazılı və şifahi kommunikasiya bacarığı; Google Sheets/Excel, Outlook və Meta Business Suite proqramlarından istifadə bacarığı; Analitik düşüncə, rəqəmlərlə işləmə, kampaniya nəticələrini ölçmə və hesabat hazırlama bacarığı; Layihələrin və tapşırıqların sistemli idarə edilməsi, vaxtın planlaşdırılması və prioritetləşdirilməsi bacarığı; Yüksək vizual zövq, kontent estetikası və detallara diqqət; Kreativ və innovativ düşüncə, təşəbbüskarlıq və sosial trendləri tez mənimsəmə bacarığı; Müstəqil işləmə və komanda ilə koordinasiyalı əməkdaşlıq bacarığı; Nəticəyönümlü yanaşma, məsuliyyətlilik və stressə davamlılıq; Dəyişkən qrafikə, qısa müddətli tapşırıqlara və eyni anda bir neçə layihənin idarə edilməsinə uyğunlaşma bacarığı; Digital Marketing və ya Social Media üzrə əlavə sertifikatların olması üstünlükdür. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.