APT Research Analyst - Milli Kibertəhlükəsizlik Agentliyi

Location: Bakı

Vəzifə öhdəlikləri: Fəaliyyətdə olan və yeni aşkarlanmış APT qruplarının gündəlik monitorinqini və təhlilini həyata keçirmək;  APT hücumlarında istifadə olunan TTP-ləri (Tactics, Techniques & Procedures) müəyyənləşdirmək və MITRE ATT&CK çərçivəsində təsnifləndirmək;  APT qrupları ilə əlaqəli IOC-ləri (IP ünvanları, domainlər, fayl hash-ləri və s.) toplamaq, əlaqələndirmək, təhlil etmək və sənədləşdirmək;  Təhlil edilən APT qrupları və onların fəaliyyətləri üzrə həftəlik və hadisə əsaslı Threat Intelligence hesabatları hazırlamaq;  Müxtəlif açıq və etibarlı məlumat mənbələrindən əldə olunan xəbərləri və kəşfiyyat məlumatlarını təhlil edib sintezləşdirmək və daxili istifadə üçün uyğun strukturlaşdırılmış formata salmaq;  APT qruplarının fəaliyyətində baş verən dəyişiklikləri, yeni TTP və IOC-ləri müəyyənləşdirmək və müvafiq tərəfləri məlumatlandırmaq.             Tələblər: İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və ya əlaqədar ixtisasları üzrə ali təhsil;  MITRE ATT&CK çərçivəsinin əsas prinsipləri və TTP (Tactics, Techniques & Procedures) anlayışı üzrə bilik;  VirusTotal, Hybrid Analysis, ANY.RUN və digər malware/sandbox analiz alətləri ilə işləmə təcrübə;   Threat Intelligence feed-ləri, o cümlədən APT qrupları (APT28, APT31 və s.) və onların fəaliyyət göstəriciləri (IOC) haqqında məlumatlılıq;  IP ünvanı, domain, hash və e-mail kimi IOC-lərin təhlili, təsnifləşdirilməsi və sənədləşdirilməsi bacarığı;  OpenCTI və ya MISP kimi Cyber Threat Intelligence (CTI) platformalarının əsas funksionallıqları ilə işləmə bacarığı;  Scripting və avtomatlaşdırma məqsədilə proqramlaşdırma bilikləri (məsələn, Python, PowerShell və ya digər uyğun dillər).          İş şərtləri: İş qrafiki: Tam iş günü (5 gün). İş saatları: 09:00-18:00. İş yeri: Bakı Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.