Spa Supervisor - Olive Spa Center

Location: Bakı

İş şəraiti Şöbə: Spa İş yeri: Olive Spa Center İş rejimi: Tam iş günü İş qrafiki: Həftədə 5 gün, gündə 9 saat Vəzifə haqqında Olive Spa Center komandamıza spa fəaliyyətinin gündəlik işini peşəkar şəkildə təşkil və idarə edə biləcək, məsuliyyətli və təcrübəli Spa Supervisor (bəy namizəd) axtarır. Namizəd spa mərkəzinin gündəlik əməliyyatlarına nəzarət etməli, xidmət keyfiyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etməli və komandaya rəhbərlik etməlidir. Əsas vəzifə və öhdəliklər Spa mərkəzinin gündəlik fəaliyyətinə nəzarət etmək; İşçi heyətinin fəaliyyətini koordinasiya və idarə etmək; Müştərilərin qarşılanması və yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək; Xidmət standartlarına və daxili qaydalara riayət olunmasına nəzarət etmək; Müştəri müraciət, irad və şikayətlərini peşəkar şəkildə həll etmək; Spa otaqları və ümumi ərazidə təmizlik, səliqə və xidmət standartlarına nəzarət etmək; İş qrafiklərinin hazırlanmasında və komandanın iş bölgüsündə iştirak etmək; Xidmətlərin düzgün və vaxtında göstərilməsini təmin etmək; Gündəlik əməliyyatlar və işçi fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasına nəzarət etmək; Anbar, məhsul və spa ləvazimatlarının istifadəsini və mövcudluğunu izləmək; Müştəri məmnuniyyətinin yüksək səviyyədə saxlanılmasını təmin etmək; Rəhbərliyin verdiyi digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək. Namizədə tələblər Spa, hotel və ya gözəllik sənayesində minimum 2–3 il iş təcrübəsi; Supervisor və ya rəhbər vəzifəsində əvvəlki iş təcrübəsi üstünlükdür; Azərbaycan dilində sərbəst danışıq bacarığı; İngilis və rus dillərini servis səviyyəsində bilmək; Güclü ünsiyyət və liderlik bacarıqları; Komandanı idarə etmək və motivasiya etmək bacarığı; Müştərilərlə düzgün və peşəkar ünsiyyət qurmaq; Problem həll etmə və operativ qərarvermə bacarığı; Məsuliyyətli, intizamlı, diqqətli və stressə davamlı olmaq; Xarici görünüşünə və şəxsi gigiyenasına diqqət yetirmək; Növbəli iş qrafikində işləməyə hazır olmaq. Arzuolunan xüsusiyyətlər Spa xidmətləri və prosedurları haqqında məlumatlı olmaq; Satış və müştəri xidməti sahəsində təcrübə; Komanda idarəçiliyi və iş bölgüsü üzrə bacarıqlar; Yüksək xidmət mədəniyyətinə və müştəri məmnuniyyətinə fokuslanmaq. Biz nə təklif edirik Rəqabətədavamlı əməkhaqqı; Peşəkar və inkişaf yönümlü iş mühiti; Karyera və peşəkar inkişaf imkanları; Stabil və mehriban komanda; Peşəkar bacarıqların inkişaf etdirilməsi üçün imkanlar. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini “Spa Supervisor” mövzu başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər. İş yeri: Olive Spa Center