Quraşdırıcı (Montajçı) - Poladİs MMC

Location: Bakı

Vəzifənin məqsədi Metal konstruksiyaların və müvafiq avadanlıqların texniki çertyojlara, layihə sənədlərinə və müəyyən edilmiş tələblərə uyğun, keyfiyyətli və təhlükəsiz şəkildə quraşdırılmasını təmin etmək. Əsas vəzifə və öhdəliklər Metal konstruksiyaların, detalların və müvafiq avadanlıqların quraşdırılması işlərini verilmiş tapşırıqlara uyğun yerinə yetirmək; Quraşdırma işlərini texniki çertyojlara, layihə sənədlərinə və texniki tələblərə uyğun həyata keçirmək; Quraşdırılacaq elementlərin ölçülərini, yerləşməsini və uyğunluğunu yoxlamaq; Quraşdırma işlərində istifadə olunan əl alətlərindən, elektrik alətlərindən və digər avadanlıqlardan təyinatına uyğun istifadə etmək; Metal konstruksiyaların layihə və texniki tələblərə uyğun birləşdirilməsini və bərkidilməsini həyata keçirmək; Quraşdırma işlərinin nəticəsini yoxlamaq, aşkar edilmiş uyğunsuzluqlar barədə birbaşa rəhbərə məlumat vermək və onların aradan qaldırılmasında iştirak etmək; İş yerində alətlərin, avadanlıqların və materialların düzgün istifadəsini və səliqəli saxlanılmasını təmin etmək; Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və SƏTƏM tələblərinə riayət etmək; İşlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün komanda üzvləri və digər aidiyyəti əməkdaşlarla əməkdaşlıq etmək. Namizədə tələblər Orta və ya texniki peşə təhsili arzuolunandır; Metal konstruksiyaların quraşdırılması sahəsində iş təcrübəsi üstünlükdür; Texniki çertyojları və quraşdırma sxemlərini oxumaq bacarığı; Əl və elektrik alətlərindən istifadə üzrə praktiki bacarıqlar; Ölçmə, nişanlama, birləşdirmə və bərkitmə işləri üzrə biliklər; Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına dair məlumatlı olmaq. İş şəraiti İş yeri: Bakı şəhəri; İş qrafiki: 6 günlük iş həftəsi; Nahar və servis xidməti ilə təminat. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər vəya CV-nizi [email protected] ünvanına “Quraşdırıcı” başlığı ilə 31.10.2026-cı il tarixinədək göndərə bilərsiniz.