Mal-Material və Anbar Uçotu üzrə Mühasib - Predsol

Location: Bakı

Əsas vəzifə və öhdəlikləri: Mühasibat və mal-material uçotunun qüvvədə olan qanunvericiliyin tələblərinə və şirkətin daxili prosedurlarına uyğun aparılmasını təmin etmək; Mal-material ehtiyatlarının (MME) və hazır məhsulların anbara mədaxil və məxaric əməliyyatlarını müvafiq sənədlər əsasında 1C proqramında düzgün və vaxtında işləmək; Alış, mal-material, anbar və digər aidiyyəti maliyyə əməliyyatlarını 1C proqramına daxil etmək və sənədlərin düzgünlüyünə nəzarət etmək; Anbarlar üzrə silinmə, daxili yerdəyişmə və digər hərəkət sənədlərini yoxlamaq və sistemdə əks etdirmək; Elektron qaimə-fakturaları, hesab-fakturaları və digər ilkin mühasibat sənədlərini yoxlamaq, onların uçot sistemində düzgün əks etdirilməsini təmin etmək; Anbarlarda dövri, aylıq və illik inventarizasiya proseslərində iştirak etmək, faktiki qalıqları uçot məlumatları ilə üzləşdirmək; İnventarizasiya nəticəsində müəyyən edilmiş əskiklik və artıqlıqları təhlil etmək, səbəblərini araşdırmaq və nəticələri rəhbərliyə təqdim etmək; Mal-material ehtiyatlarının və hazır məhsulların maya dəyərinin (FIFO/Average) düzgün hesablanmasına nəzarət etmək; Anbarlar üzrə mal-material qalıqlarını mütəmadi yoxlamaq, uçot məlumatları ilə faktiki göstəricilər arasında uyğunsuzluqları müəyyən etmək; Mal-material və anbar əməliyyatları üzrə debitor və kreditor hesablaşmalarının düzgün aparılmasına nəzarət etmək; Əsas vəsaitlərin və digər maddi aktivlərin uçotunda iştirak etmək, zəruri hallarda amortizasiya hesablamalarının düzgünlüyünü yoxlamaq; Mühasibat və anbar sənədlərinin düzgün tərtib edilməsini, sistemləşdirilməsini və uçotda vaxtında əks etdirilməsini təmin etmək; Rəhbərlik və Baş mühasib tərəfindən verilən aidiyyəti tapşırıqları vaxtında və düzgün yerinə yetirmək. Əsas tələblər: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil; Mühasibat və mal-material/anbar uçotu sahəsində müvafiq iş təcrübəsi; Mühasibat hesablaşmaları, mal-material və anbar uçotu üzrə yüksək səviyyədə bilik; Vergi və mühasibat uçotu ilə bağlı qanunvericilik üzrə biliklər; 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı; MS Excel proqramında sərbəst işləmək bacarığı; FIFO və orta maya dəyəri (Average) metodları üzrə praktiki bilik; İnventarizasiya, anbar qalıqlarının üzləşdirilməsi və müəyyən edilmiş fərqlərin araşdırılması üzrə bilik və təcrübə; İstehsalat proseslərinin təşkili, istehsal mərhələləri, xammal və materialların istehsala silinməsi, hazır məhsulun formalaşması və istehsal uçotu prinsipləri üzrə anlayış və biliklərə malik olmaq; Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, rus və ingilis dili bilikləri arzuolunandır; Fikrini aydın ifadə etmək, analitik düşünmək və komanda ilə işləmək bacarığı; Məsuliyyətli, dəqiq, operativ və stresə davamlı olmaq. Əlavə məlumat Təcrübə və ixtisaslara əsaslanan rəqabətli maaş.  Karyera inkişafı və peşəkar inkişaf üçün imkanlar.  Dəstəkləyici və təhlükəsizliyə yönəlmiş iş mühiti.  Şirkət tərəfindən təmin olunan nəqliyyat və mobil telefon nömrəsi.  İş saatları: Bazar ertəsindən cümə gününə qədər, 09:00–18:00.  Bəzən əlavə iş saatlarına görə kompensasiya.  Tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Mal-Material və Anbar Uçotu üzrə Mühasib” mövzu başlığı ilə göndərə bilərlər.