Elektrik mühəndisi / Electrical Engineer - Ravy Property

Location: Bakı

Elektrik mühəndisi Əsas vəzifə öhdəlikləri: Binanın elektrik və enerji təchizatı sistemlərinin fasiləsiz, təhlükəsiz və etibarlı fəaliyyətini təmin etmək. 0.4 kV və 35 kV elektrik sistemlərinin, transformator yarımstansiyalarının, generator, UPS və elektrik paylayıcı lövhələrin texniki vəziyyətinə nəzarət etmək. Elektrik avadanlıqları, kabel xətləri, torpaqlama və ildırımdan mühafizə sistemlərinin işləkliyini yoxlamaq. Ümumi istifadə sahələrinin, texniki otaqların, avtodayanacağın və digər sahələrin elektrik və işıqlandırma sistemlərinin istismarına nəzarət etmək. Lift, nasosxana, yanğın siqnalizasiya və fövqəladə işıqlandırma sistemlərinin elektrik təchizatının etibarlılığını təmin etmək. Elektrik sistemləri üzrə profilaktik baxış, texniki xidmət və təmir işlərini planlaşdırmaq və icrasına nəzarət etmək. Elektrik avadanlıqlarında yaranan nasazlıqları müəyyən etmək, səbəblərini araşdırmaq və aradan qaldırılmasını təşkil etmək. Generator və UPS sistemlərinin mütəmadi sınaqlarını təşkil etmək, ehtiyat enerji mənbələrinin işlək vəziyyətdə saxlanılmasını təmin etmək. Elektrik yüklərinin balansına, enerji sərfiyyatına və sayğac göstəricilərinə nəzarət etmək, enerji səmərəliliyinin artırılması üzrə tədbirlər hazırlamaq. Elektrik layihələrini və texniki sxemləri yoxlamaq, yeni avadanlıqların quraşdırılması və istismara verilməsinə texniki nəzarət etmək. Elektrik texniki heyətinin və podratçı təşkilatların fəaliyyətini koordinasiya etmək, görülən işlərin keyfiyyətinə nəzarət etmək. Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasını təmin etmək. Texniki xidmət, təmir və istismar işlərinə dair sənədləşməni aparmaq, görülmüş işlər və mövcud problemlər barədə rəhbərliyə hesabat təqdim etmək. Vəzifənin ilkin tələbləri: Elektrik mühəndisliyi və ya energetika üzrə ali texniki təhsil. Elektrik sistemlərinin istismarı və texniki xidməti sahəsində 3 - 5 il iş təcrübəsi. 0.4 kV və 35 kV elektrik sistemləri, transformator yarımstansiyaları üzrə praktiki biliklər. Generator, UPS, elektrik paylayıcı lövhələr və avtomatika sistemləri üzrə bilik və təcrübə. Elektrik layihələrini, sxemləri və texniki çertyojları oxumaq bacarığı. Elektrik nasazlıqlarının diaqnostikası və aradan qaldırılması bacarığı. Texniki heyətin və podratçıların fəaliyyətini koordinasiya etmək bacarığı. Elektrik təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarını bilmək. 35 kV elektrik qurğularında müvafiq işlərin görülməsi üçün tələb olunan V ixtisas qrupuna malik olmaq. Məsuliyyətlilik, operativlik, analitik düşünmə və komandada işləmək bacarığı. Maraqlanan namizədlərdən xahiş olunur ki, “ Elektrik Mühəndis” vəzifəsinin adını e-mailin mövzu hissəsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına CV-lərini göndərsinlər. Qeyd: Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq. Electrical Engineer Key Responsibilities: Ensure the continuous, safe, and reliable operation of the building's electrical and power supply systems. Monitor the technical condition of 0.4 kV and 35 kV electrical systems, transformer substations, generators, UPS systems, and main electrical distribution panels. Inspect the operational condition of electrical equipment, cable networks, grounding, and lightning protection systems. Oversee the operation of electrical and lighting systems in common areas, technical rooms, parking areas, and other building facilities. Ensure the reliability of power supply systems serving elevators, pump rooms, fire alarm systems, and emergency lighting. Develop preventive maintenance and inspection schedules for electrical systems and equipment and supervise their implementation. Identify electrical faults, investigate their causes, and organize timely corrective and repair works. Organize regular testing of generator and UPS systems and ensure the operational readiness of backup power sources. Monitor electrical load distribution, energy consumption, and electricity meter readings, and develop measures to improve energy efficiency. Review electrical designs, technical drawings, and diagrams, and provide technical supervision during the installation and commissioning of new equipment. Coordinate the activities of electrical maintenance personnel and contractors, ensuring the quality and timely completion of assigned works. Ensure compliance with electrical safety, occupational health and safety, and fire safety requirements. Maintain technical maintenance and operational records and prepare regular reports on completed works, equipment conditions, and outstanding issues for management. Job Requirements: Bachelor's degree in Electrical Engineering, Power Engineering, or a related technical field. 3–5 years of professional experience in electrical systems operation and maintenance. Practical knowledge of 0.4 kV and 35 kV electrical systems and transformer substations. Knowledge and hands-on experience with generators, UPS systems, electrical distribution panels, and automation systems. Ability to read and interpret electrical designs, circuit diagrams, and technical drawings. Ability to diagnose electrical faults and troubleshoot equipment malfunctions. Experience in coordinating technical teams and contractors. Good knowledge of electrical safety standards and occupational health and safety regulations. Valid Electrical Safety Group V certification for carrying out relevant work on 35 kV electrical installations. Strong sense of responsibility, problem-solving skills, responsiveness, and ability to work effectively in a team. Interested candidates are requested to submit their CVs to the e-mail address in the Apply for job button   by indicating the position title “ Electrical Engineer ” in the subject line of your email.  Please note that only shortlisted candidates will be contacted.