Mağaza Meneceri (Premium-Lyuks) - Sinteks Group of Companies

Location: Bakı

İş Yeri: Sinteks LLC Lokasiya: Bakı, Port Baku Mall Vəzifənin təsviri Bu vəzifənin rolu mağazada məhsulların alışını və satışını təşkil etməkdir. Kommersiya və Qeyri-kommersiya məhsulları üzrə sifarişi yerləşdirir. Brend standartlarına uyğun olaraq mağazada məhsulların yerləşdirilməsini təşkil edir. Mağazanın və satış nümayəndələrinin aylıq satış hədəflərinin yerinə yetirilməsini təmin edir. VIP satışlar həyata keçirir. Müştəri bazasının potensialının böyüməsini və istifadəsini təmin edir. Müştəri xidməti standartlarına riayət olunmasına nəzarət edir. Satış heyətinin iş qrafikini hazırlayır və ona nəzarət edir. Yeni işçilərin adaptasiyasını keçirir (iş qrafiki, komanda üzvləri, mağazanın daxili qaydaları, dress kodlar, həmçinin mağazada mövcud olan məhsulların ölçüləri, tərkibi və qiymətləri, məhsulların anbarda yerləşdiyi yer və saxlama qaydaları). Mağazanın vaxtında açılıb bağlanmasını təmin edir. Mağazanın müştərilərin qəbulu üçün hazırlanmasını təşkil edir. Mağazada olan nöqsanları müəyyənləşdirir və aradan qaldırılması üçün tədbirlər görür. Mağazada gigiyena, təhlükəsizlik və nizam-intizama riayət olunamsını təmin edir. Şirkət əmlakının təhlükəsizliyini təmin edir, pozuntular aşkar edildikdə dərhal rəhbərliyə məlumat verir. Mağazada malları qəbul edir və yoxlamalarda iştirak edir. Mağazada mövcud olan malların və inventarların saxlanmasına və hərəkətinə nəzarət edir. “Satış texnikası” və “Müştəri xidməti” mövzusunda təlimlər keçirir. Mağaza işçiləri üçün məhsul təlimi keçirir. Satış təmsilçilərinin anbar qalıqlarını mükəmməl bilməsi üçün gündəlik iş aparır Alış və Satışın təşkili Əsas vəsaitlərin idarəedilməsi Mağazanın idarəedilməsi Tələblər Professional Biliklər Müştəri Xidmətləri Satış Texnikası Merçendayzinq qaydaları İngilis dili yaxşı səviyyədə MS Office Proqramları Təhsil Ali təhsil arzuolunandır İş Təcrübəsi Müvafiq satış sahəsində ən az 4 il iş təcrübəsi İdarəetmə sahəsində ən az 2 il təcrübə Sifariş etmə təcrübəsi Bonus sistemi ilə işləmə təcrübəsi Professional Bacarıq və Kompetensiyalar İdarəetmə bacarığı Liderlik Təşkilatçılıq Satış bacarıqları Müsahibə aparmaq bacarığı Təlim keçmə bacarığı Ünsiyyət bacarıqları Zamanın idarəolunması Problem həll etmə Stressə davamlılıq Rus Dili bilikləri arzuolunandır Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.