Location: Bakı
Vəzifə və öhdəliklər: Şirkətin və xidmətlərinin rəqəmsal marketinq planlarının, fəaliyyətlərinin, həmçinin kampaniyalarının hazırlanması və icrasını təmin etmək; Kampaniyaların, həmçinin digər rəqəmsal marketinq fəaliyyətlərinin effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və optimizasiya edərək təkmilləşdirmək; A/B testinq və bənzər alətlərdən istifadə edib müştəri seqmentlərinin və kanalların effektivliyini təhlil etmək; Rəqəmsal kanallar vasitəsilə (Axtarış sistemləri, Google advertising, Sosial şəbəkələr, e-mail sistemləri, mobile marketinq və.s) şirkətin brendi və məhsullarının potensial hədəf kütləyə çatdırılmasını və reklamların yayımlanmasını, həmçinin optimizasiyasını təmin etmək; Rəqiblərin rəqəmsal və biznes fəaliyyətlərinin analizi, həmçinin hipotezlərin formalaşdırılması; Məzmun yazarı ilə birgə çalışaraq veb-saytların "SEO friendly" olmasını təmin etmək; Komanda ilə birgə çalışaraq marketinq fəaliyyətlərinin rəqəmsal istiqamətlərdə düzgün tətbiqi və adaptasiyasını təmin etmək; Veb-saytların Technical, On-Page və Off-Page SEO işlərini icra etmək; Rəqəmsal marketinq istiqaməti ilə bağlı vendorlarla mütəmadi əlaqədə olmaq; Marketinq və Rəqəmsal trendlərin izlənilməsi, həmçinin onların tətbiqi ilə bağlı təkliflər və təşəbbüslər hazırlayıb irəli sürmək; Kampaniyalar, məhsul və xidmətlərlə bağlı kreativ ideya və məzmunların hazırlanmasında iştirak etmək; İcra edilən fəaliyyətlər və onların nəticəsi haqqında hesabatlar hazırlayıb təqdim etmək; Satış komandası və biznes istiqamətləri üzrə sıx kommunikasiyada olmaq; Namizədə dair tələblər: Rəqəmsal marketinq üzrə ən az 1 il iş təcrübəsi; Marketinq, Biznes və ya maliyyə ixtisası üzrə təhsil; Azərbaycan dilində şifahi və yazılı olmaqla yüksək ünsiyyət qura bilmə bacarığı; İngilis dili biliyi; Marketinqin əsasları ilə bağlı dərin biliklərə sahib olmaq; Rəqəmsal marketinq kanalları üzrə fundamental biliklər və real təcrübəyə sahib olmaq (Display/Video/Mobile/Programmatic Advertising, SMM, SEO/SEM, Content, Email, SMS və Influencer marketing, Branding, Web Design və s.). Rəqəmsal marketinq alətlərindən və platformalarından istifadə etməyi bacarmaq; Süni intellekt alətlərindən istifadə bacarığına sahib olmaq; UX/UI optimizasiyası üzrə fundamental bilik və təcrübəyə sahib olmaq; Veb-sayt idarəetməsi ilə bağlı təcrübəyə sahib olmaq; Analitik düşüncəyə, həmçinin analiz və araşdırma bacarıqlarına sahib olmaq; Üstünlüklər: Data-driven marketinq yanaşması və məhsul metrikləri ilə işləmə bacarığı; İnvestisiya, FinTech, bank və ya maliyyə sahəsində təcrübə; Proqramlaşdırma və Kodlaşdırmaya dair fundamental biliklərə sahib olmaq; Beynəlxalq sertifikatlara sahib olmaq. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .