Yüklənir...
Location: Bakı
Caspian Environmental Laboratory (CEL) (Xəzər Ekoloji Laboratoriyası MMC) laboratoriya xidmətləri üzrə komandamıza yeni namizədlər axtarır. Əsas tələb: Namizədin laboratoriya avadanlıqları, laboratoriya analizləri və ya laboratoriya xidmətləri sahəsində iş təcrübəsi olmalıdır. Sırf ümumi satış təcrübəsi kifayət deyil. Vəzifə öhdəlikləri: Yeni korporativ müştərilərin axtarılması və əlaqələrin qurulması Laboratoriya analizləri və xidmətlərinin təqdim edilməsi Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun xidmətlərin təklif olunması Kommersiya təkliflərinin hazırlanması və təqibi Mövcud müştərilərlə əlaqələrin inkişaf etdirilməsi Görüşlərin təşkili və müştəri ziyarətləri Satış prosesinin ilkin mərhələsindən müqaviləyə qədər izlənilməsi Namizədə tələblər: Laboratoriya, laboratoriya avadanlıqları, analiz xidmətləri və ya əlaqəli sahədə praktiki iş təcrübəsi B2B satış və müştəri ilə ünsiyyət bacarığı Laboratoriya terminologiyasını və əsas analiz istiqamətlərini başa düşmək Aktiv müştəri axtarışı və satış bacarığı Azərbaycan dili — əla səviyyədə İngilis və/və ya rus dili — üstünlükdür Kompüter proqramlarından istifadə bacarığı Səliqəli, ünsiyyətcil və nəticəyönümlü olmaq Bakı daxilində müştərilərlə görüşlərə getməyə hazır olmaq Biz nə təklif edirik: Sabit əmək haqqı + satış nəticələrinə əsaslanan bonus sistemi Laboratoriya və peşəkar mühitdə inkişaf imkanı Mövcud müştəri bazası və şirkətin dəstəyi İş qrafiki: 5 günlük, 10:00–17:00 Əməkhaqqı 800 Azn Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.