Location: Bakı
Vəzifə öhdəlikləri: Cəmiyyətin fəaliyyətinə dair normativ-hüquqi aktların təhlili və tətbiqi; Müqavilələr, daxili qaydalar və digər hüquqi sənədlərə dair hüquqi rəyin hazırlanması; Cəmiyyət rəhbərliyi və struktur bölmələrinə hüquqi məsələlərlə bağlı məsləhətlərin verilməsi; Cəmiyyət tərəfindən bağlanacaq müqavilələrin hazırlanması və hüquqi ekspertizadan keçirilməsi; Müqavilə şərtlərinin qanunvericiliyə və şirkətin maraqlarına uyğunluğunun təmin edilməsi; Qarşı tərəflərlə aparılan danışıqlarda hüquqi dəstəyin göstərilməsi; Şirkətin məhkəmələrdə və digər dövlət qurumlarında təmsil olunması; Hüquqi iddiaların hazırlanması və müdafiə strategiyasının müəyyən edilməsi; Məhkəmə qərarlarının icrasına nəzarət edilməsi; Şirkətin daxili qaydalarının, prosedurlarının və siyasətlərinin hüquqi baxımdan uyğunluğunun təmin edilməsi; Hüquqi risklərin müəyyən edilməsi və onların aradan qaldırılması üçün təkliflərin verilməsi; Rəhbərliyə hüquqi hesabatların təqdim edilməsi; Müvafiq dövlət orqanları ilə hüquqi məsələlər üzrə əməkdaşlıq; Qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qurumlarına hesabatların təqdim edilməsi; Əmək müqavilələrinin hazırlanması və işçi münasibətlərinə dair hüquqi dəstəyin göstərilməsi; Korporativ hüquq məsələləri üzrə normativ sənədlərin hazırlanması və idarə edilməsi; Şirkətin korporativ sənədlərinin tərtib edilməsi və saxlanılması; Şirkətin etik kodeksi və uyğunluq qaydalarına riayət edilməsinə nəzarət; Daxili yoxlamalar zamanı hüquqi dəstəyin göstərilməsi və mümkün pozuntuların müəyyən edilməsi. Namizədə tələblər: Ali hüquqi təhsilinin olması; Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi; Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək məcəlləsinin və maliyyə bazarlarına nəzarət orqanın müəyyən etdiyi normativ xarakterli aktların hüquqi əsaslarını bilməsi; Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi, cəmiyyətdə hazırlanan qərarlara, əmrlərə, sərəncamlara və digər normativ sənədlərə rəy verilməsi; Yüksək qavrama və öyrənmə qabiliyyəti; İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; MS Office proqramlarından istifadə etmə bacarığı; Hüquq sahəsində ən azı 2 (iki) il iş təcrübəsinin olması arzuolunandır; Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək); Hüquqi işin, o cümlədən, məhkəmə işlərinin aparılması təcrübəsinə malik olan şəxslərə üstünlük veriləcək. Əlavə məlumatlar: Ə mək haqqı müsahibə əsasinda; Şirkət tərəfindən nahar təmin olunur; Korporativ mobil nömrə ilə təmin edilmz; İş qrafiki: 5 günlük İş yeri: Həsən Əliyev küç. 38, Xırdalan şəhəri CV-lərinizi “Aparıcı hüquqşünas” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.