Yüklənir...
Location: Bakı
Əsas tələblər: Ali təhsil (Filologiya, Tərcümə, Beynəlxalq münasibətlər, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisas); Azərbaycan və rus dili biliyi yüksək səviyyədə Analoji sahədə minimum 2 il iş təcrübəsi; MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı; Güclü yazılı və şifahi ünsiyyət bacarığı; Analitik düşüncə, məsuliyyətlilik, məxfiliyə riayət və yüksək təşkilatçılıq qabiliyyəti; Vaxtın səmərəli idarə edilməsi və eyni anda bir neçə tapşırığı icra etmək bacarığı.; Rəhbərliyin verdiyi digər inzibati tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi. Əsas vəzifə və öhdəliklər: İstehsalat direktoruna gündəlik inzibati və təşkilati dəstəyin göstərilməsi; Rəhbərliyin görüş, iclas və ezamiyyətlərinin planlaşdırılması və koordinasiyası; Daxil olan və göndərilən rəsmi yazışmaların hazırlanması, qeydiyyatı və izlənilməsi; Azərbaycan və rus dillərində şifahi və yazılı tərcümələrin həyata keçirilməsi; Müqavilələrin, hesabatların, təqdimatların və digər sənədlərin tərcüməsi və redaktəsi; İclas protokollarının hazırlanması və tapşırıqların icrasına nəzarət; Rəhbərliyin verdiyi digər inzibati tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi. Təklif etdiyimiz: Motivasiyaedici və dəstəkləyici iş mühiti; Tibbi sığorta; Rahat və stabil iş şəraiti; Nahar təminatı. Korporativ nömrə İş şəraiti İş rejimi: 09:00–18:00 / 5 günlük iş həftəsi Ünvan: Həsən Əliyev küçəsi 38, Xırdalan, Azərbaycan Əmək haqqı: Müsahibə əsasında. CV-lərinizi “İstehsalat Direktorunun Köməkçisi/ Tərcüməçi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.