Location: Bakı
Əsas tələblər: Ali təhsil (iqtisadiyyat, idarəetmə və ya müvafiq sahə üzrə); Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi; Azərbaycan Respublikasını maliyyə və mühasibatlıq ilə bağlı yerli qanunvericiliyi yaxşı səviyyədə bilmək; Yüksək səviyyədə kompüter bacarıqları (xüsusilə Excel, Word), Mikro ERP; Komandada işləmək bacarığı; Analitik düşüncə qabiliyyəti; Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarığı; Azərbaycan dili – sərbəst, rus və ingilis dili bilikləri üstünlükdür. Əsas vəzifə və öhdəliklər: Xammal və materialların hərəkətinə nəzarət və uçotunun aparılması; Anbar və istehsalat məlumatlarının mühasibat uçotu ilə uzlaşdırılması; Məhsulların maya dəyərinin hesablanmasında iştirak etmək; İstehsala buraxılan xammal və materialların uçotunu aparmaq; Hazır məhsulun istehsala qəbul və çıxış əməliyyatlarını rəsmiləşdirmək; İlkin mühasibat sənədlərinin hazırlanması və düzgünlüyünə nəzarət etmək; Mikro mühasibat proqramında müvafiq əməliyyatların işlənməsi; İnventarizasiya proseslərində iştirak etmək və nəticələrin uçotunu aparmaq; Rəhbərliyin təqdim etdiyi digər mühasibatlıq və hesabat işlərini yerinə yetirmək. Fərdi keyfiyyət göstəriciləri: Diqqətlilik və məsuliyyətlilik; Analitik düşünmə və təhlil bacarığı; Yüksək kommunikasiya və danışıqlar aparmaq qabiliyyəti; Komanda işi bacarığı; Operativ və nəticə yönümlü olmaq; Planlaşdırma və prioritetləşdirmə bacarığı; Yenilikçi və proaktiv yanaşma. Təklif etdiyimiz: Motivasiyaedici və dəstəkləyici iş mühiti; Tibbi sığorta; Rahat və stabil iş şəraiti; Nahar təminatı. Korporativ nömrə İş şəraiti Şöbə: Mühasibatlıq şöbəsi İş rejimi: 09:00–18:00 / 5 günlük iş həftəsi Ünvan: Həsən Əliyev küçəsi 38, Xırdalan, Azərbaycan Əmək haqqı: Müsahibə əsasında. CV-lərinizi “İstehsalat mühasibi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.