Yüklənir...
Location: Bakı şəhəri,
Vəzifə öhdəlikləri: İstifadəçilərə cari məsələlər üzrə məsləhətlərin verilməsi, 1C proqramında işləmə ilə bağlı dəstək, istifadəçilərin öyrədilməsi, məlumat bazasında məlumatların daxil edilməsi zamanı yaranan səhvlərin aşkarlanması. Təlimatların yazılması və zəruri sənədləşmənin aparılması. Məsələn, “1C: UT” kimi konfiqurasiyaların tətbiqi və təkmilləşdirilməsi. Dəyişiklik edilmiş konfiqurasiyaların qeyri-standart yenilənmələrinin aparılması. Sistemin inkişafı və təkmilləşdirilməsi ilə bağlı istifadəçi ehtiyaclarının müəyyən edilməsi. Sistemə olan tələblərin təhlili və onların konfiqurasiyada həyata keçirilməsi. İstifadəçilərin təlimi. Ticarət avadanlıqlarının qoşulması və sazlanması, İT sahəsində minimal biliklər. Tələblər: Təhsil: Ali Təcrübə: Müvafiq sahə üzrə minimum 3 il 1C modullarını işləmə və idarəetmə bacarığı 1C proqramı üzrə texniki dəstək 1C platformasında hər növ inteqrasiya proseslərini bilməli İşində dəqiq və məsuliyyətli. İş şəraiti: İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93); 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək; Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur; Karyera yüksəlişi imkanı. Əmək haqqı: Namizədin təcrübəsində asılı olaraq müzakirə olunacaq. Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Müraciət maili hrdepartment@zeytunpharma.az