Daxili Təchizat üzrə Mütəxəssis - Zeytun Pharmaceuticals

Location: Bakı

Salary: 1200-1500

Ümumi tələblər Təhsil: Ali Təcrübə: Müvafiq sahədə 3 ildən yuxarı Proqram bilikləri: MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti; Dil bilikləri: Azərbaycan dili, Rus dili Cəldlik, problemləri həll etmə bacarığı, analitik düşüncə tərzi, riyazi biliklər, yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı Vəzifə öhdəlikləri Təchizatçılarla əlaqənin yaradılması və idarə edilməsi Satış proqnozlarına əsasən sistemdə sifarişlərin formalaşdırılması və firmalara göndərilməsi Anbar qalıqlarının mütəmadi yoxlanılması Tələb olunan çeşidlərin daxili bazarda araşdırılması Qiymətlərə nəzarət məqsədilə bazar araşdırılması, rəqiblərin izlənilməsi Daha münasib qiymət, endirimlər, aksiyalar əldə edilməsi məqsədilə təchizatçılarla mütəmadi danışıqların aparılması İadə şərtlərinin pozulmaması üçün anbara vaxtında müraciətin edilməsi Tələb olunan müvafiq sənədlər toplusunun etibarlılığına nəzarət edilməsi Overstock və out of stock hallarını önləmək məqsədilə daim qalıqlara nəzarət edilməsi Təsdiqlənmiş aksiyaların sistemə işlənilərək elan edilməsi Təchizatçı şirkətlərə aylıq hesabatların göndərilməsi Ödəniş qaimələrinin hesabatı və ödənilməsinə nəzarət edilməsi Müqavilələrin bağlanması və icrasına nəzarət edilməsi Satışı zəif olan çeşidlərə kampaniya təkliflərinin verilməsi Departament daxilində tələb olunan digər hesabatların hazırlanması İş şəraiti: İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı, Zərifə Əliyeva küç., 93); 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək; Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur; Əmək Haqqı: 1200-1500 AZN (Namizədin təcrübəsindən asılı olaraq) Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur. e-mail: hrdepartment@zeytunpharma.az