Location: Bakı şəhəri
İşin təsviri: Ofis proseslərinin səmərəli idarə olunmasına dəstək göstərməklə yanaşı, komandaya inzibati və əməliyyat dəstəyi verəcək proaktiv və təşəbbüskar Ofis Meneceri axtarılır. Tələblər: Bakalavr dərəcəsi (İqtisadiyyat, Maliyyə, Menecment, Biznesin idarəedilməsi və əlaqəli sahələr); Azərbaycan və rus dili biliyi yüksək, ingilis dili biliyi yaxşı səviyyədə ; MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı; Güclü ünsiyyət və komandada işləmə bacarığı; Yüksək məsuliyyət, operativlik və işlərin planlı şəkildə idarə edilməsi; Detallara diqqət və sənədlərlə işləmə qabiliyyəti; Oxşar sahələrdə minimum 5 il iş təcrübəsi . Vəzifə öhdəlikləri: Ofis daxilində gündəlik əməliyyatların icrası; Daxil olan müraciətlərin qəbulu və həlli; Ofis və layihə proseslərinin daha səmərəli təşkili ilə bağlı təkliflərin verilməsi; Ofis ləvazimatlarının sifarişini hazırlamaq və inventarın hərəkətini idarə etmək; Müştərilər, tərəfdaşlar və təchizatçılarla əlaqələrin qurulması Ofis ləvazimatlarının sifarişi və ehtiyatlara nəzarət; Görüşlərin, iclasların və səfərlərin təşkili; Rəhbərliyin inzibati tapşırıqlarının icrası; Daxili prosedur və qaydalara riayət olunmasına nəzarət. İş şəraiti: İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93); Tibbi sığorta və nahar; Peşəkar təlim və inkişaf imkanları; Karyera yüksəlişi üçün şəffaf və dəstəkləyici mühit; Qeyd olunmuş tələblərə cavab verən şəxlər CV-ni “mövzu” hissədə Ofis Meneceri qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciət maili hrdepartment@zeytunpharma.az