Местоположение: Bakı
166 Yükdaşıma və Logistika şirkəti “ Korporativ satış üzrə mütəxəssis ” vakansiyası elan edir. Vəzifə öhdəlikləri: Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması; Potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi; Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması; Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi; Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması; Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi; Potensial müştərilərlə qiymət təkliflərinin razılaşdırılması; Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması; Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması; Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi; Satışın artırılması üçün mövcud müştərilərlə münasibətlərin qorunması və məhsullarla bağlı çarpaz təkliflər hazırlanması; Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması. Zəruri hallarda işgüzar səfərlərə (ezamiyyətlərə) çıxmağa hazır olmaq. Tələblər: Ali təhsil; Satış sahəsi üzrə minimum 3 il iş təcrübəsi olmalı; Azərbaycan dili səlis, Rus və İngilis dili biliyi arzuolunandır; MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı; Güclü ünsiyyət bacarığı; Kollektiv ilə işləmə bacarığı; Şəxsi avtomobilinin olması üstünlükdür. İş şəraiti: İş qrafiki: 09:00-18:00; Əmək haqqı: 1000 Azn + bonuslar; Ünvan: Yeni Həyat Plaza (Zərifə Əliyeva küçəsi 55). Uyğun namizədlərdən CV-lərini “Korporativ satış üzrə mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.