Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Şirkətinin balansında olan avtomobillərə yeni sürücülərin aktiv cəlb olunmasını təmin etmək; TikTok, Instagram və digər sosial şəbəkələr vasitəsilə potensial sürücülərlə əlaqə qurmaq; TikTok və Instagram platformalarında canlı yayımlar apararaq şirkətin əməkdaşlıq şərtlərini təqdim etmək və sürücüləri əməkdaşlığa cəlb etmək; Potensial sürücülərin suallarını cavablandırmaq, etirazlarını idarə etmək və onları əməkdaşlığa yönləndirmək; Potensial sürücülərlə ilkin müsahibələr keçirmək; Əməkdaşlıq şərtləri, plan sistemi və iş prosesi barədə ətraflı məlumat vermək; Yeni sürücü cəlbetmə üsullarını araşdırmaq və təkliflər irəli sürmək. Tələblər: Xanım namizədlər; Aktiv satış, müştəri cəlbetmə və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi; Kamera qarşısında sərbəst çıxış etmək və canlı yayımlar aparmaq bacarığı; TikTok, Instagram və digər sosial şəbəkələrdən aktiv istifadə bacarığı; Güclü ünsiyyət, təqdimat və inandırma bacarığı; Nəticəyönümlü, təşəbbüskar və məsuliyyətli olmaq. Şərtlər: İş qrafiki: 5 günlük, 09:00 – 18:00 İş yeri: Nəqliyyat mərkəzinin ofisi Əmək haqqı + bonus sistemi Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini “ Sürücü cəlbi üzrə satış mütəxəssisi ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərsinlər