Yüklənir...
Местоположение: Bakı
İş şəraiti Şəhər: Bakı İş qrafiki: Həftə içi 5 gün, 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi) Əmək haqqı: Razılaşma əsasında Vəzifə öhdəlikləri: Şirkətin gündəlik inzibati işlərinin təşkili və koordinasiyası; Rəhbərliyə inzibati və təşkilati məsələlərdə dəstək göstərmək; Sənədlərin hazırlanması, qeydiyyatı və düzgün şəkildə idarə olunmasını təmin etmək; Daxil olan və göndərilən sənədlərin, yazışmaların və digər inzibati məlumatların sistemli şəkildə aparılması; Məktubların qəbulu, qeydiyyatı və aidiyyəti üzrə göndərilməsinin təşkili; Rəhbərin görüşlərinin, iclaslarının və gündəlik planının təşkili; Onlayn görüşlərin (Zoom və digər platformalar) yaradılması, təqvimlərin (calendar) idarə olunması; Şirkətə gələn qonaqların və müştərilərin qarşılanması, yönləndirilməsi; Ofisin gündəlik ehtiyaclarının izlənilməsi və təmin edilməsi; Dəftərxana ləvazimatları və digər ofis ehtiyaclarının müəyyən edilməsi; Ofisdə yaranan texniki və inzibati məsələlərin həlli üçün aidiyyəti şəxslərlə əlaqələndirmələrin aparılması. Tələblər: Ali təhsil (idarəetmə və ya əlaqəli sahələr üzrə olması üstünlükdür); Ofis meneceri və ya inzibati sahədə iş təcrübəsi üstünlükdür; Azərbaycan dili – mükəmməl səviyyədə; Rus və ingilis dillərini bilmək üstünlükdür; MS Office proqramları (Word, Excel, Outlook), Zoom və digər ofis proqramları ilə işləmək bacarığı; Sənədlərlə işləmə və məlumatların düzgün idarə olunması bacarığı; Yüksək təşkilatçılıq və planlama bacarığı; Məsuliyyətlilik, dəqiqlik və səliqəlilik; Operativ qərarvermə və problemlərin həlli bacarığı; Güclü ünsiyyət bacarığı və peşəkar davranış. CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu sətrində “Ofis meneceri” vəzifəsini qeyd etməyi unutmayın.