Əməyin mühafizəsi üzrə mühəndis - Absheron Hospitality Group MMC

Местоположение: Bakı

Əsas öhdəliklər: Müəssisədə əməyin mühafizəsi və təhlükəsizlik qaydalarının tətbiqini təşkil etmək və bu qaydaların icrasına nəzarət etmək; Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, əməyin mühafizəsi üzrə normativ-hüquqi aktlara və daxili təlimatlara uyğun şəkildə fəaliyyətin tənzimlənməsi; İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini müəyyən etmək və risklərin qiymətləndirilməsi; İşçilər üçün əməyin mühafizəsi üzrə giriş, ilkin, təkrar və növbədənkənar təlimatlandırmaları təşkil etmək və onların qeydiyyatını aparmaq; Əməyin mühafizəsi üzrə təlim proqramları, təlimatlar, prosedurlar və digər normativ sənədləri hazırlamaq və yeniləmək; İş yerlərində texniki təhlükəsizlik vəziyyətini mütəmadi yoxlamaq, aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün tədbirlər görmək və bununla bağlı rəhbərliyə məlumat təqdim etmək; İstehsalat qəzaları, bədbəxt hadisələr və peşə xəstəliklərinin araşdırılmasında iştirak etmək, səbəbləri təhlil etmək və qarşısının alınması üzrə tədbirlər planı hazırlamaq; İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına və onlardan düzgün istifadə edilməsinə nəzarət etmək; Yanğın təhlükəsizliyi, elektrik təhlükəsizliyi və fövqəladə hallarla bağlı tədbirlərin təşkilində iştirak etmək; Müəssisədə əməyin mühafizəsi üzrə hesabatların hazırlanmasını və müvafiq qurumlara təqdim edilməsini təmin etmək; Yeni avadanlıq, texnologiya və istehsal proseslərinin tətbiqi zamanı təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək; İşçilər arasında təhlükəsizlik mədəniyyətinin formalaşdırılması məqsədilə maarifləndirmə tədbirləri həyata keçirmək; Əməyin mühafizəsi sahəsində qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və onların müəssisədə tətbiqini təmin etmək; Vəzifə üzrə əsas tələblər: Müvafiq vəzifədə 3 il iş təcrübəsi; Əməyin mühafizəsi üzrə qanunvericiliyi və normativ-hüquqi aktları bilmək; Əməyin mühafizəsi üzrə beynəlxalq standartlar və idarəetmə sistemləri haqqında biliklərin olması; İstehsalat qəzalarının və bədbəxt hadisələrin araşdırılması istiqamətində təcrübənin olması; Fövqəladə hallar zamanı davranış və təxliyə prosedurlarını bilmək; MS Office proqramları üzrə bacarıqların olması (Word, Excel, PowerPoint); CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir. Email göndərilərkən mövzu hissəsinə  “Jooble.az - Əməyin mühafizəsi üzrə mühəndis”  qeyd edilsin. Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq. e-mail: hr@ah-group.az