Satınalma üzrə mütəxəssis - Absheron Hospitality Group MMC

Местоположение: Bakı

Əsas öhdəliklər: Satınalma proseslərini müəyyən edilmiş qaydalar və təsdiq edilmiş prosedurlara əsasən həyata keçirmək, mövcud prosedurların optimallaşdırılması ilə bağlı təkliflər vermək; Satınalma proseslərində qüvvədə olan qanunvericiliyin tələblərinə əməl etmək; Satınalma prosesinin bütün mərhələlərində düzgün sənədləşməni təmin etmək, sənədlərin tamlığına və düzgünlüyünə nəzarət etmək; Satınalma prosesində mümkün riskləri və uyğunsuzluqları müəyyən etmək, şübhəli və ya qeyri-standart əməliyyatlar barədə rəhbərliyi məlumatlandırmaq; Təchizatçıların seçilməsi prosesində bərabər və obyektiv yanaşmanı təmin etmək; Maraqların toqquşmasına səbəb ola biləcək hallardan çəkinmək; Müxtəlif şöbələrdən daxil olan satınalma tələblərini qəbul etmək və qeydiyyata almaq, tələblərin texniki xüsusiyyətlərini və əsas parametrlərini yoxlamaq, tələbin əsaslandırılmasını və prioritetliyini qiymətləndirmək; Lazım olan məhsul və xidmətlər üzrə bazar qiymətlərini araşdırmaq; Potensial təchizatçıların siyahısını hazırlamaq, alternativ təchizatçıların və məhsulların müqayisəli analizini həyata keçirmək; Sifarişlərin vaxtında yerinə yetirilməsinə nəzarət etmək, alınan məhsulların anbara daxil olmasını izləmək; Satınalma xərclərinin statistik təhlilini aparmaq, satınalma üzrə aylıq və rüblük hesabatların hazırlanmasında iştirak etmək; Satınalma sənədlərini sistemləşdirmək və arxivləmək, müqavilə, sifariş və təklif sənədlərini qeydiyyatda saxlamaq; Satınalma proseslərinin səmərəliliyini artırmaq üçün təkliflər vermək; Vəzifə üzrə əsas tələblər: Müvafiq sahədə 2-3 il iş təcrübəsinin olması; Satınalma proseslərini tənzimləyən normativ-hüquqi aktları bilmək; Daxili satınalma qaydaları və prosedurlarla işləmək təcrübəsinin olması; Bazar qiymətinin analizi və təkliflərin təhlil olması üzrə dərin təcrübə; Təchizatçılar və daxili şöbələrlə effektiv kommunikasiyanın qurulması; İngilis dili biliyinin yüksək səviyyədə olması; Microsoft Office (Word, Outlook, Excel, PowerPoint) proqramlarından istifadə bacarığının olması; CV-lər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir. Email göndərilərkən mövzu hissəsinə  “Jooble.az - Satınalma üzrə mütəxəssis”  qeyd edilsin. Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq. e-mail: hr@ah-group.az