Reception (Resepşn) - Accounting.az

Местоположение: Bakı

Зарплата: 600

Əməkhaqqı: 600 AZN İş barədə məlumat: Gələn qonaqların qarşılanması (QR kod verilməsi), qeydiyyatı və məlumatlandırılması; Telefon zənglərinin cavablandırılması, xidməti məlumatların qeydə alınması, şirkətin rəhbərliyinə və əməkdaşlara ötürülməsi; Şirkətin çağrı mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq; Şirkətin sənəd mübadiləsinin təminatı: daxil olan və gedən yazışmalar, sənədlərin qeydiyyatı, hesabatı, saxlanılması və arxivləşdirilməsi; Daxil olan yazışmaların qəbulu və müvafiq şəxsə və ya şöbəyə çatdırılma; Yazışmaların aparılması; İşgüzar görüşlərin təşkili; Ofisin dəftərxana ləvazimatları, istifadə olunan material və ofisin fəaliyyəti üçün lazım olan digər maddi mallarla təminatı işinin təşkili, nəzarəti və həyata keçirilməsi; Namizədə tələblər: Ali və ya natamam ali təhsil; Yaş həddi: 20-30 yaş; İş təcrübəsi: 1-3 il;  Azərbaycan və rus dillərində mükəmməl danışıq qabiliyyəti (İngilis dili Pre-İntermediate); Yalnız xanım namizədlər; Səliqəli, punktual, xoş görünüşlü; Məsuliyyətli, verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirən; Səlis ünsiyyət qurmaq və komandada işləmək bacarığı; MS Office proqramlarını bilmək və internetdən istifadə edə bilmək; Stresli vəziyyətdə işləmək bacarığı; İşgüzar yazışma və lazımi sənədlərin hazırlanması bacarıqları; Veriləcək təminatlar: Korporativ nömrə Könüllü tibbi sığorta Kritik xəstəliklərdən sığorta Push 30 İş qrafiki: I-V günlər, 08:30-dan-17:30-dək; İstirahət günləri: şənbə və bazar günü. Rəsmi Bayram günlərində qeyri iş günü. Göstərilən tələblərə cavab verən şəxslərin şəkilli CV-lərini "Jooble.az vakansiyalar - Resepşn” başlığı ilə göndərməkləri xahiş olunur. Qeydiyyatdan keçmək üçün zəhmət olmazsa Müraciət et düyməsində qeyd olunan formu doldurardınız.