Местоположение: Bakı
Vəzifə öhdəlikləri Metal pano korpuslarının toz boya texnologiyası ilə boyanması prosesini həyata keçirmək. Elektrostatik toz boya aparatının idarə olunmasını və düzgün işləməsini təmin etmək. Boyama öncəsi metal səthlərin hazırlanmasına və təmizlənməsinə nəzarət etmək. Boya aparatının təzyiq, gərginlik və digər iş parametrlərini düzgün tənzimləmək. Polimerləşdirmə peçinin idarə olunması, temperatur və bişirmə müddətinin düzgün təyin edilməsi. Boyanmış məhsulların keyfiyyətinə, rəng uyğunluğuna və örtük qalınlığına nəzarət etmək. Boyama sistemi və peçdə yaranan texniki nasazlıqları müəyyən etmək. Avadanlıqların texniki baxışını və profilaktik xidmətini həyata keçirmək. Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək. İş şəraiti Ünvan - Atyalı Əməkhaqqı 1800 Azn+bonus Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.