Местоположение: Bakı
Komandamızın bir parçası olmaq və karyera inkişafınıza yeni istiqamət vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik. Vəzifə öhdəlikləri: Proses və təşkilati strukturlar üzrə idarəetmə, risklərin idarə olunması və daxili nəzarət sistemlərinin effektivliyinin qiymətləndirilməsi; Daxili qaydalar və prosedurların qanunvericiliyə uyğunluğun yoxlanılması; Maliyyə hesabatlarının və əməliyyat məlumatlarının təhlili; Daxili proseslərin optimallaşdırılması və effektivləşdirilməsi üçün təkliflər vermək; Monitorinqlərin aparılması və hesabatların hazırlanması. Namizədə tələblər : Ali təhsil (Maliyyə, mühasibat uçotu və ya əlaqəli sahələr), magistr dərəcəsi üstünlükdür Daxili audit və ya maliyyə auditi sahəsində 3 il iş təcrübəsi; Maliyyə və audit üzrə müvafiq sertifikat; Dövlət qurumlarında iş təcrübəsinin olması üstünlükdür; Araşdırma və analitik düşünmə qabiliyyəti; Operativ qərarvermə bacarığı; Dəqiqlik, məsuliyyətlilik; Stresə davamlılıq; Komandada işləmək və effektiv koordinasiya bacarığı; Ünsiyyət və təqdimat bacarığı; Peşəkar yanaşma və nəticəyönümlülük; MS Office proqramlarında sərbəst işləmək bacarığı. İş rejimi : 5 günlük iş qrafiki İş saatı 09:00-18:00-dək Ünvan: N. Nərimanov rayonu, Əhməd Rəcəbli 1 /3. CV-lərinizi mövzu hissəsində “Daxili nəzarət və monitorinq üzrə aparıcı mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.