Yüklənir...
Местоположение: Bakı
Vəzifənin məqsədi AS Group-un ERP sistemi və korporativ ekosistemində məlumatların vahid, etibarlı və analitik istifadə üçün yararlı şəkildə formalaşdırılmasını təmin etmək. Data Engineer məlumat anbarının (DWH) qurulması və inkişafı, ETL/ELT proseslərinin yaradılması, müxtəlif sistemlər arasında inteqrasiyaların təmin edilməsi, məlumatların keyfiyyətinin və sənədləşdirilməsinin təşkilinə cavabdeh olacaq. İşin təsviri: ERP modulları və digər mənbələr əsasında məlumat anbarının (DWH) layihələndirilməsi və inkişaf etdirilməsi; ETL/ELT məlumat axınlarının qurulması və müşayiət edilməsi, məlumatların müntəzəm və dayanıqlı yüklənməsinin təmin edilməsi; ERP, korporativ portalı və xarici məlumat mənbələri arasında inteqrasiyaların qurulması; Raw, staging və data marts səviyyələrindən ibarət məlumat modellərinin hazırlanması; BI və idarəetmə hesabatları üçün məlumat vitrinlərinin (data marts) hazırlanması və hesabatların avtomatlaşdırılması; Məlumatların keyfiyyətinə nəzarət mexanizmlərinin tətbiq edilməsi — tamlıq, dublikatlar və məlumatların konsistentliyinin yoxlanılması; Vahid məlumat kataloqlarının və məlumat modellərinin formalaşdırılması, məlumat axınlarının və mənbələrin sənədləşdirilməsi; Proqnozlaşdırma və analitika üçün məlumat dəstlərinin hazırlanması; Məlumat yükləmələrinin monitorinqi, problemlərin müəyyən edilməsi və aradan qaldırılması; Biznes tələblərinin məlumat modellərinə və analitik həllərə çevrilməsində biznes və analitika komandaları ilə əməkdaşlıq. Tələb olunanlar: Təhsil: İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Tətbiqi Riyaziyyat və ya əlaqəli sahələr üzrə ali təhsil; Məlumatların emalı və pipeline-ların hazırlanması üçün Python bilikləri; API və JSON/CSV/XML kimi məlumat formatları ilə işləmə bacarığı; Rus dilində sərbəst ünsiyyət və yazılı nitq; İngilis dili — texniki sənədləri oxuma səviyyəsində. Şəxsi keyfiyyətlər: Müstəqil işləmək və tapşırığı nəticəyədək çatdırmaq bacarığı; Biznes ehtiyaclarını məlumat modeli və texniki həllə çevirmək bacarığı; Məlumatların keyfiyyətinə və detallarına yüksək diqqət; Görülən işləri və məlumat strukturlarını sənədləşdirmək vərdişi; Komanda ilə effektiv əməkdaşlıq. İş şərtləri: İş qrafiki: 09:00–18:00 Məşğulluq növü: tam ştat / 5 iş günü İş yeri: Zahid Xəlilov küç.576 Biz təklif edirik: Rəqabətli əmək haqqı; Stabil və peşəkar iş mühiti; AS Group-un rəqəmsallaşma komandasında çalışma imkanı; Data istiqamətinin sıfırdan qurulmasında iştirak və arxitekturaya təsir etmək imkanı; Güclü development komandası; Karyera və peşəkar inkişaf imkanları. İş şərtləri İş qrafiki: 09:00–18:00 Məşğulluq növü: tam ştat / 5 iş günü Biz təklif edirik: Rəqabətli əmək haqqı Stabil və peşəkar iş mühiti Karyera və peşəkar inkişaf imkanları Əgər vakansiya Sizə maraqlıdırsa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.