Yüklənir...
Местоположение: Bakı
İş barədə məlumat “Avenue İnteriors” şourumu illərdir premium brendlərin sərgilənməsi və satışı, eləcə də yüksək səviyyəli interyer həllərinin təqdimatı istiqamətində uğurla fəaliyyət göstərir. Təcrübəli, peşəkar komandamızı genişləndiririk və bizimlə birlikdə inkişaf etmək istəyən, satış sahəsində özünü göstərməyə həvəsli namizədləri komandamıza dəvət edirik. Hazırda “Santexnika üzrə Satış Meneceri” vəzifəsinə namizəd axtarırıq. Tələblər Premium seqmentdə ən azı 1 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir; Azərbaycan və rus dillərində sərbəst danışıq qabiliyyəti; MS Office proqramlarında sərbəst işləmək bacarığı; Komandada işləmək bacarığı; İşdə dəqiqlik və detallara diqqət; Satış texnikaları və satış prinsipləri haqqında bilik; Səliqəli, gülərüz, yüksək ünsiyyət və təqdimat bacarığı; Müştəridə müsbət təəssürat yarada biləcək peşəkar davranış və təqdimat qabiliyyəti; Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil və məsuliyyətli olmaq. Vəzifə öhdəlikləri Şourumda təmsil olunan brendlərin və kolleksiyaların müştərilərə təqdim edilməsi və satışının həyata keçirilməsi; Məhsulların keyfiyyəti, xüsusiyyətləri və digər fərqləndirici cəhətləri barədə müştərilərə ətraflı məlumat verilməsi; Müştəri bazasının formalaşdırılmasında və inkişaf etdirilməsində iştirak; Qarşıya qoyulmuş satış hədəflərinin yerinə yetirilməsi; Müştərilər üçün kommersiya təkliflərinin hazırlanması, təqdim edilməsi və satış prosesinin sonadək izlənilməsi; Görülən işlər üzrə gündəlik və həftəlik hesabatların hazırlanması; Şirkət tərəfindən təşkil olunan təlim və treyninqlərdə iştirak; İş şərtləri Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmi sənədləşmə; Həftədə 6 günlük iş qrafiki; Növbəli iş rejimi: 10:00–17:00 / 10:00–20:00 ; Əmək haqqı: 800 - 1200 Azn aralığı + bonus sistemi. İş yeri: Təbriz küç. 70D Maraqlanan namizədlərdən şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış üzrə menecer – Santexnika” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələlərinə yalnız qeyd olunan tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.