Head of Compliance and Internal Control Department / Komplayens və daxili nəzarət üzrə şöbə müdiri - Azerbaijan Metal Company LLC

Местоположение: Bakı

Head of Compliance and Internal Control Department Reporting to:  Chief Administrative Officer Company:  Azerbaijan Metal Company LLC Business Division:  Administrative Work location:  Baku Department:  Compliance and internal control department Manage Others:  Yes Country:  Azerbaijan Business Need / Purpose of Role: The Head of Compliance and Internal Control leads the Company’s compliance and internal control framework and ensures adherence to applicable laws, regulations, and internal policies. The role is responsible for developing and maintaining compliance policies and procedures, identifying and managing compliance and control risks. Key responsibilities include conducting compliance reviews and risk assessments, strengthening internal controls, and monitoring remediation actions. The role supports a strong culture of integrity, accountability, and effective risk management across the Company. Key Responsibilities: Including but not limited to: Ensure compliance with applicable laws, regulations, and Company policies. Develop, implement, and update the Compliance and Internal Control framework. Conduct compliance, security, and integrity checks as required. Conduct regular compliance and internal control risk assessments. Identify high-risk areas, control gaps, and compliance weaknesses. Develop and monitor corrective action and remediation plans. Monitor compliance with internal policies, procedures, and control requirements. Conduct compliance reviews, control testing, and internal investigations. Assess the effectiveness of internal controls across business processes. Ensure key controls are identified, documented, and regularly monitored. Ensure internal controls are embedded into new processes, systems, and business initiatives. Require responsible functions to address identified control weaknesses. Escalate significant compliance risks and control deficiencies to the CAO. Ensure internal controls support effective risk management and corporate governance. Oversee controls related to asset protection and the accuracy of financial and operational information. Support the prevention and detection of fraud, corruption, and other compliance violations. Conduct compliance and control awareness training for employees. Monitor regulatory developments and relevant international best practices. Maintain effective communication with regulators and other external stakeholders. Act as the key contact for regulatory and compliance matters. Provide regular reports to the CAO on compliance risks, control weaknesses, and remediation progress. Provide recommendations to the CAO on strengthening compliance and internal controls. Establish and promote a strong culture of compliance, accountability, and internal control. Manage the Department’s planning, budget, and performance. Ensure timely and accurate preparation of departmental reports. Job Knowledge/ Education/ Qualifications & Skills Education and/or Experience: Bachelor’s degree in Law, Audit or Finance. Minimum 7 years of relevant experience in compliance, internal control, risk management, or a related field. Strong practical experience in KYC/AML, regulatory compliance, and internal controls. Proven experience in developing and implementing compliance policies, procedures, and control frameworks. Experience in conducting risk assessments, compliance reviews, and control testing. Experience in preparing management, regulatory, and analytical reports. Experience in leading teams and working with senior management and cross-functional teams. Experience in an industrial, mining, manufacturing, financial, or other regulated environment is an advantage. Computer Skills: Proficiency in MS office Language Skills: Fluency in Azerbaijani and Russian, English at least upper-intermediate. Other Skills and Abilities: Strong knowledge of compliance and internal control principles. Good understanding of KYC/AML and financial crime prevention requirements. Strong knowledge of risk assessment and control methodologies. Knowledge of anti-corruption and fraud prevention practices. Good understanding of local regulatory requirements and international best practices. Strong analytical, communication, and stakeholder management skills. High level of integrity, independence, and professional judgment. Ability to identify risks, challenge existing practices, and drive corrective actions. Professional compliance or risk certification is an advantage. Interested candidates can send their CV to the e-mail address in the Apply for job button. Komplayens və daxili nəzarət üzrə şöbə müdiri Hesabat verir:  Baş inzibati direktor Şirkət:  Azerbaijan Metal Company MMC Struktur bölmə:  Administrative İş yeri:  Bakı Şöbə:  Komplayens və daxili nəzarət Şöbəsi Digər əməkdaşları idarə edir:  Bəli Ölkə:  Azərbaycan Vəzifənin biznes ehtiyacı / məqsədi: Uyğunluq və Daxili Nəzarət Departamentinin rəhbəri Şirkətin uyğunluq və daxili nəzarət çərçivəsinə rəhbərlik edir və qüvvədə olan qanunvericiliyin, normativ tələblərin və daxili siyasətlərin tələblərinə riayət olunmasını təmin edir. Vəzifə uyğunluq siyasət və prosedurlarının hazırlanması və yenilənməsini, habelə uyğunluq və daxili nəzarət risklərinin müəyyən edilməsini və idarə olunmasını əhatə edir. Əsas vəzifələrə uyğunluq yoxlamalarının və risk qiymətləndirmələrinin aparılması, daxili nəzarət mexanizmlərinin gücləndirilməsi və müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlərin icrasının monitorinqi daxildir. Vəzifə həmçinin Şirkət daxilində dürüstlük, hesabatlılıq və effektiv risklərin idarə edilməsi mədəniyyətinin formalaşdırılmasına və davamlı inkişafına töhfə verir. Əsas vəzifə və məsuliyyətlər Daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq: Qüvvədə olan qanunvericiliyə, normativ tələblərə və Şirkətin daxili siyasətlərinə riayət olunmasını təmin etmək. Uyğunluq və Daxili Nəzarət çərçivəsini hazırlamaq, tətbiq etmək və yeniləmək. Tələb olunduqda uyğunluq, təhlükəsizlik və dürüstlük yoxlamaları aparmaq. Müntəzəm uyğunluq və daxili nəzarət risk qiymətləndirmələri aparmaq. Yüksək riskli sahələri, nəzarət boşluqlarını və uyğunluq çatışmazlıqlarını müəyyən etmək. Düzəldici tədbirlər və çatışmazlıqların aradan qaldırılması üzrə planları hazırlamaq və icrasına nəzarət etmək. Daxili siyasətlərə, prosedurlara və nəzarət tələblərinə riayət olunmasını monitorinq etmək. Uyğunluq yoxlamaları, nəzarət testləri və daxili araşdırmalar aparmaq. Biznes proseslərində daxili nəzarət mexanizmlərinin effektivliyini qiymətləndirmək. Əsas nəzarət mexanizmlərinin müəyyən edilməsini, sənədləşdirilməsini və mütəmadi monitorinqini təmin etmək. Daxili nəzarət mexanizmlərinin yeni proseslərə, sistemlərə və biznes təşəbbüslərinə inteqrasiyasını təmin etmək. Müvafiq struktur bölmələrin müəyyən edilmiş nəzarət çatışmazlıqlarını aradan qaldırmasını təmin etmək. Əhəmiyyətli uyğunluq risklərini və daxili nəzarət çatışmazlıqlarını CAO-ya eskalasiya etmək. Daxili nəzarətin effektiv risklərin idarə edilməsi və korporativ idarəetməni dəstəkləməsini təmin etmək. Aktivlərin qorunması, maliyyə və əməliyyat məlumatlarının düzgünlüyü üzrə nəzarət mexanizmlərinə nəzarət etmək. Fırıldaqçılıq, korrupsiya və digər uyğunluq pozuntularının qarşısının alınmasına və aşkar edilməsinə dəstək vermək. İşçilər üçün uyğunluq və daxili nəzarət üzrə maarifləndirmə və təlimlər keçirmək. Qanunvericilikdəki dəyişiklikləri və beynəlxalq qabaqcıl təcrübələri izləmək. Tənzimləyici qurumlar və digər xarici maraqlı tərəflərlə effektiv əlaqələri təmin etmək. Tənzimləyici və uyğunluq məsələləri üzrə əsas əlaqələndirici şəxs kimi çıxış etmək. Uyğunluq riskləri, nəzarət çatışmazlıqları və düzəldici tədbirlərin icrası barədə CAO-ya mütəmadi hesabatlar təqdim etmək. Uyğunluq və daxili nəzarətin gücləndirilməsi üzrə CAO-ya təkliflər vermək. Şirkətdə güclü uyğunluq, hesabatlılıq və daxili nəzarət mədəniyyətinin formalaşdırılmasını təmin etmək. Departamentin planlaşdırılmasını, büdcəsini və fəaliyyət göstəricilərini idarə etmək. Departament üzrə hesabatların vaxtında və düzgün hazırlanmasını təmin etmək. Vəzifə üzrə biliklər / Təhsil / Tələblər və bacarıqlar Təhsil və/və ya iş təcrübəsi: Hüquq, Maliyyə, Biznesin İdarə Edilməsi, İqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi. Uyğunluq, daxili nəzarət, risklərin idarə edilməsi və ya əlaqəli sahədə minimum 7 il iş təcrübəsi. KYC/AML, normativ tələblərə uyğunluq və daxili nəzarət üzrə güclü praktiki təcrübə. Uyğunluq siyasətlərinin, prosedurlarının və nəzarət çərçivələrinin hazırlanması və tətbiqi üzrə təsdiqlənmiş təcrübə. Risk qiymətləndirmələrinin, uyğunluq yoxlamalarının və nəzarət testlərinin aparılması üzrə təcrübə. Rəhbərlik, tənzimləyici qurumlar və analitik hesabatların hazırlanması üzrə təcrübə. Komandaların idarə edilməsi, rəhbərlik və müxtəlif struktur bölmələri ilə səmərəli əməkdaşlıq təcrübəsi. Sənaye, mədənçilik, istehsalat, maliyyə və ya digər tənzimlənən sahələrdə iş təcrübəsi üstünlükdür. Kompüter bacarıqları: MS Office proqramlarında sərbəst işləmək bacarığı Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dili isə ən azı yaxşı (Upper-Intermediate) səviyyədə olmalıdır. Digər bacarıq və səriştələr: Uyğunluq və daxili nəzarət prinsipləri üzrə güclü bilik. KYC/AML və maliyyə cinayətlərinin qarşısının alınması tələbləri üzrə yaxşı anlayış. Risklərin qiymətləndirilməsi və nəzarət metodologiyaları üzrə güclü bilik. Korrupsiyanın və fırıldaqçılığın qarşısının alınması üzrə bilik. Yerli normativ tələblər və beynəlxalq qabaqcıl təcrübələr üzrə yaxşı anlayış. Güclü analitik, kommunikasiya və maraqlı tərəflərlə əlaqələrin idarə edilməsi bacarıqları. Yüksək dürüstlük, müstəqillik və peşəkar mühakimə qabiliyyəti. Riskləri müəyyən etmək, mövcud yanaşmaları qiymətləndirmək və düzəldici tədbirlərin həyata keçirilməsini təmin etmək bacarığı. Peşəkar uyğunluq və ya risklərin idarə edilməsi üzrə sertifikatın olması üstünlükdür. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .