Yüklənir...
Местоположение: Bakı
Vəzifənin məqsədi Şirkətin gündəlik mühasibat və maliyyə əməliyyatlarının tam və düzgün aparılması, aylıq bağlanışın həyata keçirilməsi, balans və rəsmi hesabatların hazır vəziyyətə qədər hazırlanması. Yekun maliyyə və rəsmi hesabatların yoxlanılması və təsdiqi CFO tərəfindən həyata keçiriləcək. Əsas vəzifələr İki mühasib operatorla satış-alış işinin aparılması, İlkin mühasibat sənədlərinin düzgün uçotu və nəzarəti; Bank, kassa, alış və satış əməliyyatlarının aparılması; Debitor və kreditor borclarının uçotu və üzləşdirilməsi; ƏDV, e-Qaimə, elektron vergi hesab-fakturaları və digər elektron sənədlərlə iş; Əmək haqqı və əmək haqqı ilə bağlı hesablamalara nəzarət; Anbar və mal-material uçotunun mühasibatlıqla uyğunlaşdırılması, əsas vəsaitlərin uçotu; Müqavilələr üzrə maliyyə əməliyyatlarının düzgün əks etdirilməsi; Aylıq dövriyyələrin və hesabların bağlanması, Vergi və digər məcburi ödənişlərin hesablanması; Balans, mənfəət-zərər və digər maliyyə hesabatlarının hazırlanması; Vergi, DSMF, statistika və digər rəsmi hesabatların təqdimata hazır vəziyyətə gətirilməsi; CFO üçün aylıq maliyyə məlumatlarının və izahatların hazırlanması; Məsuliyyət bölgüsü Əməliyyatlar üzrə aparıcı mühasib: Uçotu 2 operator-mühasib üzərindən aparır → yoxlayır → ayı bağlayır → balansı və hesabatları hazırlayır → CFO-ya təqdim edir. CFO: Yekun yoxlama → nəzarət → təsdiq → rəsmi təqdimata icazə. Namizədə əsas tələblər Mühasibatlıq üzrə minimum 2–4 il real iş təcrübəsi; Aylıq bağlanışı müstəqil şəkildə həyata keçirə bilməsi; Balans və P&L hazırlamaq bacarığı; Vergi və əmək qanunvericiliyini bilməsi; ƏDV və elektron vergi sistemləri ilə praktiki iş təcrübəsi; 1C və Excel-də sərbəst işləməsi; Debitor/kreditor və anbar uçotunda güclü praktiki təcrübə; İş şərtləri Rəsmi net Ə/H - 1700-2200 AZN arası, təcrübəyə uyğun İş vaxtı - Qanunvericiliyə uyğun Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .