İT helpdesk - Baku Tv

Местоположение: Bakı

“Baku TV”  MMC İT helpdesk vakansiyasını elan edir! Vəzifə öhdəlikləri: İstifadəçi kompüterlərinə nəzarət və çıxan problemlərin həlli; İT avadanlıqlarının quraşdırılması və avadanlıqlarda çıxan problemlərin həlli; Mövcud Windows sistemləri əsasında qurulan proqram təminatlarında işləmək; Serverlərdə yaranmış  nasazlıqları aradan qaldırmaq; Kompyuter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması ; Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək; Aktual məlumatın rezerv surətini yaratmaq, informasiya və analitik hesabatları hazırlamaq; İnternet şəbəkənin yaradılması və təminatı üzrə işləri yerinə yetirilməsi. Tələblər: İş təcrübəsi: 1-3 il; Dil bilikləri: Azərbaycan, Rus-əla  ,İngilis - Arzuolunandı; Ünsiyyət bacarıqları, komandada işləmək bacarığı, nəzakətlilik, proqram məhsullarının istifadəçiləri ilə konstruktiv ünsiyyət qurmaq bacarığı.  Sistem səhvlərini müəyyən etmək üçün diqqətlilik İş şəraiti: İş qrafiki: Növbəli   (növbəli- daxili qrafikə əsasən təyin olunur). Əmək haqqı 900 AZN (net) Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini Müraciət et düyməsində qeyd olunan   elektron poçt ünvanına mövzu hissəsində “İT helpdesk” qeyd etməklə göndərə bilərlər.