Yüklənir...
Местоположение: Bakı
Barattson MMC “Kontent menecer” vəzifəsi üzrə vakansiya elan edir: Əsas vəzifə öhdəlikləri: Veb saytların məzmununun (kontentinin) hazırlanması, yüklənməsi və vaxtı-vaxtında yenilənməsi; Kontent strategiyasının hazırlanması(şirkətin məqsədlərinə uyğun kontent strategiyasını müəyyən edir); Sayt və sosial şəbəkələr üçün vaxtaşırı kreativ həllərin təqdim edilməsi və tətbiqi; Kontentin müxtəlif platformalara uyğunlaşdırılması(Facebook, Instagram, Linkedin və s.) Kontent istehsal prosesinin idarəedilməsi; Kontent arxivinin idearədilməsi; Tone of Voice (TOV) -na uyğun tətbiq edilməsi Süni intellekt alətlərindən istifadə etməklə kontent ideyalarının, mətnlərin və kreativ həllərin hazırlanması və kontent istehsalı prosesinin optimallaşdırılması; Ssenarilərin hazırlanması; Vizual kontentin idarəedilməsi; Video kontentin təşkili; Video çəkilişlərində iştirak; Sosial media trendlərinin izlənilməsi; Aylıq kontent planının hazırlanması, hazırlanmalı olan postlara ideyaların verilməsi; Kontent performansının təhlili üçün sosial media analitikası Əsas tələblər: Sosial media və kontent sahəsində minimum 2 il iş təcrübəsi; Kontent planının hazırlanması və kreativ mətnlərin (copywriting) yazılması bacarığı; Sosial media platformaları, onların funksionallığı və aktual kontent formatları üzrə biliklər; Story, Reels və digər qısa video formatlarında kontentin hazırlanması və paylaşılması bacarığı; Video çəkilişi və mobil cihazlar vasitəsilə foto-video kontentin hazırlanması üzrə baza bilik və bacarıqları. Azərbaycan dilinin orfoqrafik qaydalarına mükəmməl bələd olmaq, İngilis dili biliyi üstünlükdür Sosial şəbəkələrdə olan trend və yeniliklər haqqında məlumatlı olmaq; ChatGPT və digər müasir AI alətləri ilə işləmə bacarığı; Yüksək intizam və vaxtın düzgün idarəetmə bacarığı; Kommunikasiya bacarıqlarının olması; Komandada işləmək bacarığı. İş qrafiki: Beşgünlük iş qrafiki (saat 10:00 – 19:00 və ya 11:00-20:00) Əmək haqqı: Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Qeyd: Seçim prosesində namizədlərə tapşırıqlar veriləcək. Namizədlərdən CV formalarının Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Kontent menecer” qeyd olunmaqla göndərməkləri xahiş olunur.