Yüklənir...
Местоположение: Bakı
İş sahəsi: Çin istehsalı elektrik və Plug-in Hibrid avtomobilləri Vəzifə öhdəlikləri: Avtomobillərin elektron idarəetmə sistemlərinin diaqnostikası və təmiri; Elektron idarəetmə bloklarının (ECU), sensorların və aktuatorların yoxlanılması; Avtomobil kommunikasiya sistemlərində yaranan nasazlıqların müəyyən edilməsi; Kompüter diaqnostikası vasitəsilə xəta kodlarının oxunması, təhlili və aradan qaldırılması; Multimedia, klimat-kontrol, təhlükəsizlik, parklanma və digər elektron sistemlərin diaqnostikası; Elektron komponentlərdə yaranan nasazlıqların səbəblərinin müəyyənləşdirilməsi; Elektron idarəetmə sistemlərinin texniki vəziyyətinin qiymətləndirilməsi; Təmir və diaqnostika işlərinin istehsalçı standartlarına uyğun həyata keçirilməsi. Namizədə tələblər: Müvafiq sahə üzrə minimum 3 il rəsmi iş təcrübəsi; Avtomobil elektronikası üzrə peşəkar bilik; Müasir diaqnostika cihazları və proqram təminatları ilə işləmək bacarığı; Elektron idarəetmə blokları və avtomobil sensorları üzrə bilik; Elektrik sxemlərini oxumaq bacarığı; Multimetr və digər ölçü cihazlarından istifadə bacarığı; Texniki təlimat və servis proqramlarından istifadə bacarığı; Analitik düşünmə və nasazlığın əsas səbəbini müəyyən etmək bacarığı; Məsuliyyətli, diqqətli və intizamlı olmaq; Komandada işləmək bacarığı. Üstünlük hesab olunur: BYD və digər Çin avtomobil markaları ilə iş təcrübəsi; Elektrik və Plug-in Hibrid avtomobillərinin servisində iş təcrübəsi; Avtomobil proqram təminatı və kodlaşdırma üzrə bilik. İş şəraiti İş yeri: “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi) İş rejimi: 6 günlük iş qrafiki İstirahət günü: Bazar günü Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Avtomobil elektronikası üzrə usta” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır. Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.