Aparıcı mühasib - Can-Pa

Местоположение: Bakı

 “CAN-PA” MMC-yə “ Aparıcı mühasib” vakansiyasına işçi tələb olunur. İş haqqında məlumat: Müəssisənin mühasibat uçotunun qanunvericiliyə uyğun və düzgün aparılmasını təmin etmək; İlkin mühasibat sənədlərinin yoxlanılması, sistemə işlənilməsi və uçotunun aparılması; Bank hesabları üzrə əməliyyatların, ödənişlərin və bank çıxarışlarının uçotunu aparmaq; Alıcılar və təchizatçılarla hesablaşmaların uçotunu və üzləşmələrin aparılmasını təmin etmək; Debitor və kreditor borclarına nəzarət etmək; Mal-material ehtiyatlarının, məhsulların və əsas vəsaitlərin uçotunu aparmaq; Anbar qalığı və mühasibat uçotu məlumatlarının uyğunluğuna nəzarət etmək; Əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqəsi və digər işçi ödənişlərinin hesablanmasını həyata keçirmək; Vergi, DSMF, statistika və digər dövlət hesabatlarının hazırlanmasında iştirak etmək; E-qaimə, e-VHF, bank və digər elektron sistemlər üzrə əməliyyatları həyata keçirmək; Vergi hesablamalarının və vergi öhdəliklərinin düzgünlüyünə nəzarət etmək; Maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək; Ayın və ilin bağlanışı üzrə mühasibat əməliyyatlarını həyata keçirmək; Mühasibat hesabları üzrə dövriyyə və qalıqların yoxlanılmasını aparmaq; İnventarizasiya prosesində iştirak etmək və nəticələrin uçotda əks etdirilməsini təmin etmək; Vergi və digər dövlət qurumlarından daxil olan sorğuların hazırlanması və cavablandırılmasında iştirak etmək; Mühasibat sənədlərinin düzgün arxivləşdirilməsini və saxlanılmasını təmin etmək; Rəhbərliyin mühasibatlıq və maliyyə ilə bağlı verdiyi digər tapşırıqları icra etmək. Tələblər: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi ; PMS sertifikatı mütləqdir ; ACCA sertifikatlarının olması üstünlükdür; ERP, Mikro və elektron dövlət portalları ilə işləmə bacarığı; Mühasibat və vergi uçotu üzrə biliklər; Məsuliyyətli, diqqətli və analitik düşüncəli olmaq; Yaş həddi: 20–40 yaş ; Yalnız xanım namizədlər müraciət edə bilər. İş şərtləri: İş qrafiki: Bazar ertəsi – Cümə, 5 iş günü; İş saatı: 08:00–17:00; Əmək haqqı: 1300–1500 AZN Gross; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; İş yeri: Höküməli–Müşfiq ərazisi. CV-nizi mövzu hissəsində “Aparıcı mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Əlaqə: 051-240-95-68