Yüklənir...
Местоположение: Bakı
Core Construction MMC komandamıza metal konstruksiyaların layihələndirilməsi, istehsalı və montaj proseslərinin koordinasiyası üzrə çalışacaq *Metal Konstruksiya üzrə Mühəndis* axtarır. Vəzifə öhdəlikləri Metal konstruksiyaların layihələndirilməsi və konstruktiv həllərin hazırlanmasında iştirak etmək; Metal konstruksiyaların texniki və konstruktiv hesablamalarını aparmaq; Metal konstruksiya üzrə işçi çertyojların və texniki sənədlərin hazırlanmasını təmin etmək; Layihə çertyojlarını təhlil etmək və texniki uyğunsuzluqları müəyyən etmək; Metal konstruksiyaların istehsal və montaj proseslərinə texniki nəzarət etmək; İstehsalat və tikinti sahəsində konstruksiyaların layihəyə uyğunluğunu yoxlamaq; Montaj zamanı yaranan texniki məsələləri araşdırmaq və konstruktiv həllər təqdim etmək; Sütun, tir, ferma, proqon, karniz, navalça və digər metal konstruksiya elementlərinin quraşdırılmasına texniki nəzarət etmək; Birləşmələrin, qaynaq işlərinin, bolt birləşmələrinin və digər konstruktiv elementlərin layihəyə uyğunluğunu yoxlamaq; Metal konstruksiyaların ölçülərinin, oxlarının, səviyyələrinin və geometrik uyğunluğunun yoxlanılmasında iştirak etmək; Material spesifikasiyalarının və metal sərfinin hazırlanmasına nəzarət etmək; Materialların layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq; Podratçı, istehsalat və montaj briqadaları ilə koordinasiyalı işləmək; Layihə rəhbəri və digər mühəndislərlə mütəmadi koordinasiya aparmaq; Görülən işlərin həcmi və icra vəziyyəti üzrə hesabatların hazırlanmasında iştirak etmək; Aşkar edilmiş texniki uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək və onların aradan qaldırılmasını koordinasiya etmək. Namizədə tələblər İnşaat mühəndisliyi, metal konstruksiyalar, mexanika mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil; Metal konstruksiyalar üzrə minimum *2 il iş təcrübəsi*; Metal konstruksiyaların istehsalı və montajı üzrə praktiki bilik; İşçi çertyojları oxuma və texniki sənədləri təhlil etmə bacarığı; AutoCAD proqramında sərbəst işləmək; Tekla Structures, Advance Steel, Revit, SAP2000, ETABS və ya digər müvafiq proqramlarla işləmək bacarığı üstünlükdür; Metal konstruksiyalarda qaynaq və bolt birləşmələri barədə praktiki bilik; Metal profillər, material markaları və konstruktiv elementlər üzrə bilik; Tikinti norma və standartları barədə məlumatlı olmaq; MS Office, xüsusilə *Excel və Word* proqramlarında işləmək bacarığı; Texniki hesabat və spesifikasiyalar hazırlamaq bacarığı; Analitik düşüncə və texniki problemləri operativ həll etmək qabiliyyəti; Tikinti sahəsində işləməyə və mütəmadi sahə baxışlarında iştirak etməyə hazır olmaq; Məsuliyyətli, dəqiq və komandada işləmə bacarığı. İş şərtləri İş rejimi: Tam iş günü İş yeri: Bakı şəhəri / tikinti layihələri Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən müsahibə zamanı müəyyən edilir. Biz nə təklif edirik? Peşəkar və dinamik iş mühiti; Böyükhəcmli tikinti layihələrində iştirak imkanı; Peşəkar inkişaf və karyera imkanları; Komanda daxilində əməkdaşlıq və inkişaf mühiti; Əmək müqaviləsi ilə rəsmiləşdirmə. Maraqlanan namizədlər CV-lərini göndərərkən mövzu hissəsində “Metal Konstruksiya üzrə Mühəndis” qeyd etməlidirlər. CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.