Əməliyyatların planlanması üzrə aparıcı mütəxəssis - Grand Agro MMC

Местоположение: Bakı

Təsvir Bağçılıq və istehsalat üzrə illik və mövsümi əməliyyat planlarını hazırlamaq və icrasına nəzarət etmək; Aqronomik tədbirlərin, suvarma, gübrələmə, budama və bitki mühafizəsi işlərinin planlaşdırılmasını koordinasiya etmək; Bitkilərin inkişaf mərhələlərini izləmək və plandan kənarlaşmaları müəyyən etmək; Məhsul yığımı dövrü üzrə vaxt qrafikini, işçi qüvvəsi, texnika və logistika ehtiyaclarını planlaşdırmaq; Məhsul yığımının gündəlik və həftəlik icrasını izləmək və hesabatlar hazırlamaq; Kənd təsərrüfatı texnikalarının əməliyyat mərhələlərinə uyğun hazırlığını və əlçatanlığını koordinasiya etmək; Bağlar üzrə su sərfiyyatını izləmək, suvarma səmərəliliyini təhlil etmək və təkmilləşdirmə təklifləri vermək; Əmək məhsuldarlığı, texnikadan istifadə, hektara və ton başına düşən xərclər üzrə göstəriciləri təhlil etmək; Aylıq əməliyyat hesabatlarını hazırlamaq, istehsalat göstəricilərini və mövcud riskləri rəhbərliyə təqdim etmək; Məhsul yığımı həcmlərinin emal müəssisəsinin istehsal gücünə uyğun planlaşdırılmasını təmin etmək; Kommersiya və digər struktur bölmələri istehsal həcmləri və məhsul yığımının vaxtı barədə məlumatlandırmaq; Əməliyyat proseslərində səmərəliliyin artırılması və resurslardan optimal istifadəyə dair təkliflər hazırlamaq. Tələblər Aqronomluq, kənd təsərrüfatı, istehsalatın idarə edilməsi və ya əlaqəli sahədə ali təhsil; Kənd təsərrüfatı əməliyyatları, təsərrüfat idarəçiliyi və ya istehsalatın planlaşdırılması sahəsində minimum 3-5 il iş təcrübəsi; Bağçılıq və çoxillik bitkilərin yetişdirilməsi sahəsində təcrübə üstünlükdür; İllik və mövsümi istehsalat planlarının hazırlanması və icrası üzrə biliklər; Suvarma sistemləri və su resurslarından səmərəli istifadə üzrə biliklər; Kənd təsərrüfatı texnikaları və mexanikləşdirmə prosesləri haqqında məlumatlılıq; Excel və hesabatlılıq alətləri üzrə yaxşı bilik; Məlumatların təhlili və plan-fakt müqayisələrinin aparılması bacarığı; Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Təlim dəstəyi Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən) Servislə təmin olunur Maraqlanan namizədlər   Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.