Местоположение: Bakı
Yerinə yetirəcəyi işlər İstehsal olunmuş hazır və yarımfabrikat məhsulların, istifadə və tətbiq olunan mal-materialların, saxlanması və buraxılmasının sistemləşdirilməsi və tam nəzarətdə saxlanması üçün anbar fəaliyyətini təşkil edir; Müxtəlif materialları: yanacaq, xammal, polufabrikat, hazır məhsul, detallar, alətlər, əşyalar və anbara qəbul edilməsinə, tərəzidə çəkilməsinə, saxlanması zamanı normatıv sənədlərin tələblərinə riayət olunmasına və anbardan buraxılmasına nəzarət edir; Qəbul edilən malların qaimə ilə uyğunluğunu yoxlayır və düzgünlüyünə nəzarət edir; Əl ilə və yaxud mexanizmlərin köməyilə materialları onların növü, keyfiyyəti, təyinatı və digər əlamətlərə görə anbarda yerləşdirilməsinə nəzarət edir; Mal və materialların xarab olmaması və itməməsi üçün tədbirlər görür; Anbarda qorunub saxlanılan materialların hərəkəti ilə əlaqədar qeydiyyatların aparılmasını və onların hesabat, uçot sənədlərinin təqdim olunmasını təmin edir; Maddi qiymətli mallar dövriyyəsi üzrə əməliyyatları, daxil olmuş məxaric və mədaxil qaimələrini elektron bazaya daxil edir, daimi hesabatlılığı aparır. Tələblər Biliklər anbar təsərrüfatının təşkilinə aid olan əsasnamə, təlimat və digər normativ sənədləri, mal-material qiymətlilərinə aid olan standartları və texniki şərtləri, mal-material qiymətlilərinin yerləşdirilməsi, uçotunun aparılması qaydalarını, Yumşaq bacarıqlar Diqqətlilik və detallara fokuslanma; Məsuliyyətlilik və dəqiqlik; İntizam və qaydalara riayət; Təşkilatçılıq və sistemlilik; Təhsil - İqtisadiyyat, maliyyə, mühasibat uçotu sahələri üzrə ali təhsil İş stajı - Müvafiq sahə üzrə minumum 3 il iş təcrübəsi. Dil bilikləri - Azərbaycan dili (əla), rus dili arzuolunandır. Komyuter bilikləri - Microsoft Office (yaxşı), 1C. İş şəraiti İş rejimi: 5 günlük, 09:00-18:00 Ezamiyyət: Ezamiyyətlərə gedə bilməli İş yeri: Astara rayonu, Kalakos kəndi Əlavə imtiyazalar Korporativ nömrə Nahar Yeməyi Sınaq müddətindən sonra tibbi sığorta Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r . (“Anbar meneceri” başlığı ilə göndərməyiniz xahiş olunur)